• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 17-də təhsil naziri Misir Mərdanov Kembric Regional Kolleci beynəlxalq ofisinin rəhbəri Amina Uakefild, Böyük Britaniya “StudyGroup” təşkilatının xüsusi layihə rəhbəri Rocer Makmahon, Orta Şərq Assosiasiyasının baş direktoru Maykl Tomas, Dubaydakı London Biznes Məktəbinin direktoru Kevin Dansiz, Azərbaycan Beynəlxalq Bankı sədrinin müşaviri Lyundsey C.Houad ilə görüşüb.

Sentyabrın 17-də təhsil naziri Misir Mərdanov Kembric Regional Kolleci beynəlxalq ofisinin rəhbəri Amina Uakefild, Böyük Britaniya “StudyGroup” təşkilatının xüsusi layihə rəhbəri Rocer Makmahon, Orta Şərq Assosiasiyasının baş direktoru Maykl Tomas, Dubaydakı London Biznes Məktəbinin direktoru Kevin Dansiz, Azərbaycan Beynəlxalq Bankı sədrinin müşaviri Lyundsey C.Houad ilə görüşüb.
Görüşdə qonaqlar London Biznes Məktəbi barədə məlumat verərək qeyd ediblər ki, məktəbdə müxtəlif ölkələrdən tələbələr təhsil alır, eyni zamanda bu təhsil müəssisəsi dunyanın bir sıra olkələri ilə əməkdaşlıq edir. Məktəb biznes idarəçiliyi üzrə Avropada I, dünyada isə II yeri tutur. London Biznes Məktəbinin hazırda Dubayda da fəaliyyət göstərdiyini qeyd edən qonaqlar bu məktəbdə 72 tələbənin təhsil aldığını bildiriblər.
Orta Şərq Assosiasiyası barədə məlumat verən M. Thomas bu təşkilatın 50 ildir ki, fəaliyyət göstərdiyini, 1900 üzvü olduğunu bildirib. Bundan əlavə təhsil sahəsi üzrə Böyük Britaniyanın əsas universitetlərinin assosiasiyaya üzv olduğunu qeyd edən qonaq Azərbaycanla da əməkdaşlıq etmələrinə ümid bəslədiklərini vurğulayıb.
Eyni zamanda Kembric Regional Kollecinin nümayəndəsi A. Uakefild bildirib ki, kollecimizə müxtəlif ölkələrdən tələbə cəlb etməklə təhsilimizi dünyaya yaymağa, proqramlarımızı bir çox ölkələrdə həyata keçirməyə çalışırıq.
Misir Mərdanov qonaqları salamlayaraq onların təşəbbüsünü bəyəndiyini, Azərbaycanın bu gün dünyanın müxtəlif ölkələri ilə təhsil sahəsində əməkdaşlıq etdiyini, gənclərimizin bir sıra ölkələrdə təhsillərini davam etdirdiklərini vurğulayıb. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici ölkələrdə azərbaycanlı tələbələrin təhsilinə böyük önəm verdiyini bildirib.
Görüşdə peşə təhsili ilə bağlı da söhbət aparılıb. Nazir peşə təhsilinin inkişafına dövlət tərəfindən diqqət yetirildiyini, ölkənin inkişafında bu sahənin rolunun artdığını, peşə təhsilinin hazırda ölkəmiz üçün prioritet sahələrdən biri olduğunu qeyd edib. Misir Mərdanov peşə təhsili ilə bağlı birgə görüşlərin keçirilməsi, yeni layihələrin hazırlanmasının labüd olduğunu da bildirib.
Sonda müzakirə edilən mövzularla bağlı gələcəkdə əməkdaşlıq edilməsi qərara alınıb.


8 il əvvəl