Təhsil Nazirliyinin Bakı şəhərində fəaliyyət göstərən idman məktəblərinin əməkdaşları arasında keçirilən paintball üzrə dostluq turniri başa çatıb.
“Təhsil” Respublika İdman Mərkəzinin təşkil etdiyi “Paintball-2015” turnirinin keçirilməsində məqsəd idman məktəblərinin kollektivləri arasında dostluq əlaqələrinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliğindən ibarətdir.
Turnirdə 24 idman məktəbinin komandası iştirak edib. 3 mərhələdə keçirilən yarışda I yeri 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, II yeri 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Tennis Məktəbi, III yeri isə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi tutub.
İlk üç yeri tutan komandalara qiymətli hədiyyələr təqdim olunub.
8 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10