• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sentyabrın 1-də Təhsil Nazirliyi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin və Paris Sorbonna Universitetinin Abu Dabi kampusunun birgə əməkdaşlığı ilə Qubada təşkil olunan “Məktəb idarəetməsi” mövzusunda təlim kursunun açılış mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov və Fransanın Azərbaycandakı səfiri Paskal Mönye iştirak ediblər.
Səfir Paskal Mönye Azərbaycan və Fransa arasında bütün sahələrdə sıx əməkdaşlıq olduğunu, təhsil sahəsində birgə fəaliyyətin qarşılıqlı faydaya söykəndiyini vurğulayıb. Səfir azərbaycanlı məzunların Fransada təhsil almaları üçün geniş imkanların olduğunu bildirib.
Təhsil nazirinin müavini Ceyhun Bayramov təlim kurslarında Təhsil Nazirliyinə tabe olan, eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tövsiyə edilmiş məktəb direktorları ilə yanaşı, 2013-2014-cü ilin buraxılış imtahanlarında yüksək nəticə göstərən Sumqayıt və digər şəhər (rayon) məktəbləri rəhbərlərinin iştirak etdiyini diqqətə çatdırıb. Nazir müavini bildirib ki, intensiv təlim proqramının əsas məqsədi seçilmiş məktəb direktorları üçün qabaqcıl təlim sistemi və effektiv məktəb idarəetməsi anlayışını tanıtmaq, məktəb rəhbərlərinin liderlik potensialını inkişaf etdirməkdir.
Sentyabrın 9-dək davam edəcək təlim Paris Sorbonna Universitetindən xüsusi dəvət olunmuş professor Florent Pratlong tərəfindən keçiriləcək. Əlavə olaraq, kurs çərçivəsində yerli təlimçilər tərəfindən liderlik, məktəb çərçivəsində şagird sağlamlığının qorunması, vaxtın idarəolunması, təqdimat bacarıqlarının inkişafı və digər mövzularda interaktiv sessiyalar təşkil olunacaq.
Kursun sonunda iştirakçılara məktəb idarəedilməsi ilə bağlı uzun müddətli tapşırıq veriləcək və onun nəticələri əsasında onlayn monitorinq aparılacaq.


8 il əvvəl