• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsildə uğurun yolu – səbr və qətiyyətlə oxumaq…

Yeni tədris ilinin başlanmasına artıq sayılı günlər qalıb. Cəmi 20 gündən sonra minlərlə gənc ali təhsil müəssisələrinin qapısından içəri daxil olaraq tələbə həyatına başlayacaq. Tələbə adını qazananlar arasında ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayanları xüsusi fərqləndirmək olar. Onlardan bir neçəsini sizə təqdim edirik.
Allahverdiyev Əli Naxçıvan Muxtar Respublikası Şərur rayonu Zeybə kənd tam orta məktəbinin məzunudur. 2012 və 2014-cü illərdə beynəlxalq olimpiadalarda iştirak edib. 2012-ci ildə Türkiyədə keçirilən riyaziyyat fənni üzrə olimpiadada və 2014-cü ildə Nigeriyada keçirilən Beynəlxalq Fənn Olimpiadasında qızıl medala layiq görülüb. 2015-ci ildə isə Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə gümüş medal qazanıb.
Əlinin fikrincə, təhsildə uğur qazanmaq üçün səbr və qətiyyətlə oxumaq lazımdır: “Əgər özünə inam varsa, öz üzərində çalışırsansa, sistemli şəkildə oxuyursansa mütləq istədiyinə nail olacaqsan”. Gününün böyük hissəsini  - 12 saatını dərslərinə həsr edən Əli əlavə mütaliəyə də vaxt ayırıb. Ali məktəbə qəbul imtahanında maksimum bal toplamaq isə onun əsas hədəfi olub. Bu hədəfə çatması onun arzuladığı ixtisas üzrə universitetə daxil olmasını reallaşdırıb. Əli texnologiya mütəxəssisi olmaq, müasir texnoloji yeniliklərin ölkəmizdə tətbiqinə öz töhfəsini vermək arzusundadır.
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənlərin arasında bacı-qardaş da var. Gəncə şəhər 1 saylı tam orta məktəbin məzunları olan Qasımov Elçin imtahanda 700 bal, bacısı Gülçin 685 bal toplayıb. Elçin hesab edir ki, imtahanda yüksək nəticə əldə etmək üçün yaxşı təmələ malik olmaq lazımdır. Əvvəldən oxumağa ciddi fikir verən, gündəlik dərslərinə hazırlaşan məzunlar adətən imtahanda fərqlənirlər. Elçin I sinifdən XI sinfə qədər əlaçı olub. Əlaçı olmağında valideyn və müəllimlərin böyük əməyini əvəzsiz hesab etsə də, özünün yorulmadan oxuduğunu da nəzərə çarpdırır. Ancaq onun məktəb həyatı təkcə oxumaqla məhdudlaşmayıb. Şahmatı sevən Elçin Gəncə şəhərində keçirilən yarışda mükafat qazanıb.
Elçinin bacısı Gülçin isə II ixtisas qrupu üzrə qəbul imtahanlarında 685 bal toplayıb. Bununla yanaşı, Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə dövlət proqramına  müraciət edən Gülçin Ankara şəhərində Orta Doğu Universitetinin “İqtisadiyyat” fakültəsinə qəbul olub. Bu uğuru qazanmaq elə də asan olmayıb. O, gündəlik dərslərini oxumaqla yanaşı repetitorla da məşğul olub. Özünə istirahət verdiyi vaxtlarda isə rəsm çəkən Gülçin hesab edir ki, dəqiq hədəfi olan hər bir məzun ali məktəbə daxil ola bilər. 


8 il əvvəl