• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülər Gürcüstanın Tbilisi şəhərində keçirilən “Tbilisi-2015” 13-cü Avropa Gənclər Olimpiya festivalında fəaliyyət göstəriblər.

Avropanın 50 ölkəsindən 9 idman növü üzrə yarışan 3800-dən çox idmançının, Milli Olimpiya Komitələrinin rəsmiləri və mütəxəssislərinin iştirakı ilə keçirilən festivala “SABAHın Könüllüsü” proqramının iştirakçısı olan 5 könüllü qatılıb.
Festival zamanı könüllülər Atletlər Kəndində fəaliyyət göstərib, mətbuat nümayəndələri, qonaqlar, Avropa Olimpiya Komitəsinin üzvləri və idmançılar ilə ünsiyyətdə olmaq imkanı qazanıblar. Çoxmədəniyyətli mühitdə çalışan gənclər dost qruplarında işləyərək  idmançıların çıxışlarının  canlı şahidi olub və ölkəmizi təmsil edən idmançılara dəstək olublar. Bundan əlavə, könüllülər Avropa Gənclər Olimpiya festivalının açılış və bağlanış mərasimlərində iştirak ediblər. Festivalın sonunda fəaliyyət göstərən könüllülərin təltifetmə mərasimi keçirilib.


8 il əvvəl