• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

24 oktyabr BMT günü münasibətilə ayın 23-də “BMT uşaqların gözü ilə” inşa müsabiqəsinin qalibləri üçün bələdçi tur təşkil edilib.

24 oktyabr BMT günü münasibətilə ayın 23-də “BMT uşaqların gözü ilə” inşa müsabiqəsinin qalibləri üçün bələdçi tur təşkil edilib.
Tədbiri BMT-nin İctimai İnformasiya Departamentliyi və Təhsil Nazirliyi “Azərbaycan Respublikası dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın həyata keçirilməsi və idarəolunması üzrə işçi qrupu birlikdə keçirib. Xətai rayonundakı 3 saylı uşaq evi, Yeni Günəşli qəsəbəsindəki 2 saylı uşaq evi və SOS Uşaq Kəndinin sakinləri üçün təşkil edilmiş sessiyadakı “BMT uşaqların gözü ilə” inşa müsabiqəsində 14 uşaq qalib gəlib.
Bələdçi tur zamanı uşaqlar BMT-nin müxtəlif agentlik və proqramları ilə tanış olub. Beynəlxalq Əmək Təşkilatı, BMT-nin Əhali Fondu, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, İnsan Hüquqları üzrə Ali Komissarın ofisi, BMT-nin İnkişaf Proqramının əməkdaşları uşaqlara BMT-nin qlobal və ölkəmizdəki fəaliyyəti barədə məlumat veriblər.
BMT İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi xanım Envera Selimoviç və Dövlət Proqramı üzrə işçi qrupun rəhbəri Məlahət Hacıyeva qalibləri təbrik edərək bildiriblər ki,  təhsil onların gələcək həyatlarında   mühüm  amildir.
Müsabiqənin qaliblərinə BMT-nin müxtəlif fond və agentlikləri tərəfindən hazırlanmış hədiyyələr verilib, eyni zamanda uşaqlara təhsil naziri Misir Mərdanovun və xanım Envera Selimoviçin imzaladığı sertifikatlar təqdim olunub.
Uşaqlar BMT-nin Azərbaycandakı Rrezident Əlaqələndiricisi cənab Bruno Pueza ilə də görüşublər. Cənab Pueza Birləşmiş Millətlər Təşkilatının məqsədi barədə ətraflı məlumat verərək bildirib ki, BMT məhz gələcək nəslin rifahı üçün çalışır.
Sonra uşaqlara BMT İctimai İnformasiya Departamentinin fəaliyyəti barədə film nümayiş etdirilib. Uşaqlar  da özləri və yaşadıqları uşaq evləri barədə məlumat verib, rəqs, şer və mahnılardan ibarət  proqram təqdim ediblər.


8 il əvvəl