• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 4-də “Jumeirah Bilgah Beach” otelində “Bizim böyük ailəmiz” adlı xeyriyyə satış sərgisinin açılış mərasimi keçirilib.

Sərgidə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin sağlamlıq imkanları məhdud şagirdlərinin əl işlərindən ibarət 200-dək rəsm və əl işi nümayiş olunub.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, həmçinin dövlət qurumlarının rəsmiləri, Milli Məclisin üzvləri, təhsil müəssisələrinin rəhbərləri, QHT nümayəndələri və sahibkarlar iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov çıxışında ölkəmizdə uşaqların rifahının yüksəldilməsinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində qoyduğu ənənələr bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Mikayıl Cabbarov valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində görülən işlər barədə də məlumat verib. Prezident İlham Əliyevin 2006-cı ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində indiyədək 348 uşaq ailələrinə və yaxın qohumlarının himayəsinə qaytarılıb, 589 nəfər uşağın müəssisəyə yerləşdirilməsinin qarşısı alınıb.
Tədbirdə bildirilib ki, dövlət uşaq müəssisələrinə alternativ xidmət yaradılıb. Hazırda nazirliyin tabeliyində 10 nəfər qız uşağı üçün tikilib istifadəyə verilmiş Ailə tipli kiçik qrup evi fəaliyyət göstərir. Lənkəran şəhərində oğlanlar üçün tikilən Ailə tipli kiçik qrup evi isə sentyabrda istifadəyə veriləcək. Uşaq müəssisələrinin transformasiyası haqqında Baş Plana uyğun olaraq isə, 12 internat məktəbi peşə liseyi, ümumtəhsil məktəbləri və gimnaziyalara transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib. Bu il daha 7 internat məktəbin transformasiyası nəzərdə tutulur.
Qeyd olunub ki, dövlət uşaq müəssisələrində yaşayan uşaqların 37,7 faizi xüsusi təhsilə olan ehtiyacları üzündən xüsusi internat məktəblərə yerləşdirilib. Ölkədə inteqrasiyalı və inklüziv təhsilin tətbiq olunması nəticəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərin də transformasiyası mümkün olacaq.
Transformasiyası nəzərdə tutulan müəssisələrdən birinin də 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi olduğu bildirilib. Qeyd olunub ki, inteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəssisəsidir. İnteqrasiya təlimli təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərin sayı ümumi şagird kontingentinin 20 faizini təşkil edir. Hazırda internat məktəbində 909 şagird təlim-tərbiyə alır. Onlardan 691 şagird ümumtəhsil siniflərində, 172 şagird isə xüsusi siniflərdə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 115 nəfər pedaqoji işçi məşğul olur. 2014-2015-ci tədris ilində internat məktəbin 52 məzunundan 18-i sağlamlıq imkanları məhdud şagird olub.
Tədbridə məlumat verilib ki, satış sərgidə nümayiş edilən əl işlərinin satışından əldə olunan vəsait Bilgəh qəsəbəsində yerləşən Qocalar evinin sakinlərinin yay istirahətinin təşkili üçün həmin müəssisəyə köçürüləcək.
Sonra tədbir iştirakçıları 11 nömrəli İnteqrasiya təlimli internat məktəbin sağlamlıq imkanları məhdud şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Şagirdlərin istedad və təxəyyülünün məhsulu olan əl işləri qonaqların böyük maragına səbəb olub.
 


8 il əvvəl