• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ili ərzində həyata keçirilmiş islahatlar, tədbirlər və yeniliklər

  • İlk dəfə 2014-2015-ci tədris ilindən pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə “Gələcəyin müəllimi təqaüdü” verilib.
  •  Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabinetinin qərarı ilə dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya verilir, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 manat məbləğində əlavə ödənilir.
  • Təhsil nazirinin əmri ilə “Müəllimlərin etik davranış qaydaları” təsdiq edilib. Qaydalara əsasən, 2014-2015-ci tədris ilində yeni işə qəbul olunan pedaqoji işçilər “Müəllim andı” içərək fəaliyyətə başlayıblar.
  • Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub. Təlimlərdən uğurla keçmiş və keyfiyyət sertifikatı almış 15 nəfər paytaxtdakı ümumi təhsil müəssisələrinə direktor təyin olunub.
  • 2014-2015-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin 6 ümumi təhsil məktəbində 15 “Sağlam təhsil sinfi” yaradılıb.
  • 2014-2015-ci tədris ilində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 573 nəfər təhsil almaq üçün xaricə göndərilib.
  •  2014-2015-ci tədris ilindən ölkəmizin 7 baza ali təhsil müəssisəsində SABAH qrupları fəaliyyətə başlayıb. Bu qruplarda 34 ixtisas üzrə 755 tələbə təhsil alır.  
  •  2014-2015-ci tədris ilindən ümumi təhsil məktəblərinin VIII siniflərində “Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunur. Fakültativ kursun proqram və tədris vəsaiti çap olunaraq məktəblərə çatdırılıb.
  • Prezident İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına uyğun olaraq, müəllimlərin əmək haqqı və dərs yükü artırılıb.
  • Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq edilib.
  • Ümumi təhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün müsabiqə keçirilib.
  • 2014-2015-ci tədris ilindən ölkəmizin ümumi təhsil müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, yenidənhazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb və riyaziyyat-informatika, kimya-biologiya və tarix-coğrafiya ixtisasları üzrə müəllim hazırlığına başlanılıb.
  •  “İlk peşə-ixtisas təhsilində rəhbər və müəllim heyətinin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində “Liderlik və idarəetmə” təlimləri keçirilib.
  • Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün “Təməl” təqaüd proqramı çərçivəsində təlim kursu təşkil edib.
  •  Əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunmasını nəzərdə tutan “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə əmr imzalanıb.
  •  Bu il riyaziyyat və təbiət elmləri üzrə fənn olimpiadaları yeni qaydalar əsasında keçirilib.
  •   Sumqayıtda və Bakıda beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzləri yaradılıb.
  • Azərbaycan 47-ci Beynəlxalq Kimya Olimpiadasına ev sahibliyi etmək hüququ qazanıb. Bu olimpiadada 80-ə yaxın ölkədən məktəbli iştirak edəcək.
  •  Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinə istiqamətlənmiş silsilə tədbirlər həyata keçirilib.
  • Şagirdlərdə mütaliə mədəniyyətinin və oxu motivasiyasının yüksəldilməsi, təhsil müəssisələrinin nəzdində mütaliəni təşkil edən icmanın yaradılması məqsədilə ümumtəhsil məktəblərində mütaliə klubları yaradılıb.
  • Ümumtəhsil məktəblərində laboratoriyaların müasirləşdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 50 ümumtəhsil məktəbinə mobil arabalar, Biochem və Physio Labdiskləri, İntel planşetləri verilib.
  •  Təhsilalanların dərslikləri elektron formatda oxumasına imkan yaradan Elektron Dərslik Portalı (www.e-derslik.edu.az) istifadəyə verilib.
  • Elektron təhsil resurslarını bir mənbədə cəmləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu kimi təhsil resurslarına çıxış əldə edə bilər.
  • Bərdə rayonunda istifadəyə verilən regional “ASAN xidmət” mərkəzində “ASAN məktəb” bölməsi fəaliyyətə başlayıb.
  • Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən etibarən ilk olaraq, Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsinə başlayıb.
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2014-2015-ci tədris ilindən məktəbəhazırlıq qrupları yaradılıb. Bu qruplara cəlb olunan və 6 yaşı sentyabrın 15-dən dekabrın 31-nədək tamam olan uşaqlar ümumtəhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.
  • Müəllimlərin işə qəbulu nazirlik tərəfindən mərkəzləşmiş qaydada yeni sistem əsasında həyata keçirilir.
  • “Bakı 2015” I Avropa Oyunlarının təbliği məqsədilə məktəblilər arasında Avropa Oyunlarının proqramına daxil edilmiş idman növləri üzrə zona yarışları keçirilir. Yarışlar bütün bölgələri əhatə edir.
  • “Bakı 2015” 1-ci Avropa Oyunlarında könüllü kimi iştirak etmək məqsədilə SABAH qruplarının tələbələrinin “SABAH-ın könüllüsü” proqramı həyata keçirilir.
  •   2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirəcək.


8 il əvvəl