• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Sağlamlıq imkanları məhdud məktəblilər arasında "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin təbliğinə həsr olunmuş şən start və atletika yarışları keçirilib.

Buzovna qəsəbəsi 8 nömrəli sanatoriya tipli internat məktəbində keçirilən yarışlarda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli, Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi, E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi, 8 nömrəli sanatoriya tipli və 11 nömrəli inteqrasiya təlimli internat məktəblərinin komandaları iştirak ediblər.
Şən startlar üzrə keçirilən yarışda 1-ci yeri 8 nömrəli, 2-ci yeri 6 nömrəli, 3-cü yeri 11 nömrəli, atletika idman novü üzrə isə 1-ci yeri 6 nömrəli, 2-ci yeri 5 nömrəli, 3-cü yeri 2 nömrəli internat məktəblərin komandaları tutublar.
Qaliblərə Təhsil Nazirliyinin diplom və medalları, hədiyyələr təqdim olunub.


8 il əvvəl