• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 12-də Azərbaycan Milli İncəsənət Muzeyində “Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya” proqramının açılış mərasimi keçirilib.

 
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, proqramın məqsədi məktəblilərin muzeylərin kolleksiya fondunun ekoloji, davamlı inkişaf konsepsiyası və etnoqrafik aspektləri ilə tanış edilməsidir. Müasir dövrdə məktəblilərin ekoloji tərbiyəsinə ehtiyac olduğunu bildirən nazir müavini belə tədbirlərin davamlı olacağını deyib.
Proqramı qonaqlara təqdim edən Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultanzadə bildirib ki, “Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya” proqramı mayın 12-dən 18-dək Təhsil Nazirliyi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə həyata keçiriləcək. Proqram Bakı şəhərində fəaliyyət göstərən 15 muzeyi əhatə edəcək.
Məktəblilərin muzeylərin kolleksiya fondu ilə tanışlığı zamanı eko-etnoqrafik əlaqələrə xüsusi diqqət yetirilərək muzeylərin kolleksiya fondunda olan əsərlərdə insanla ətraf mühit arasında münasibətlər öyrəniləcək. Yeni proqram üçün Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin metodistləri tərəfindən xüsusi interaktiv marşrutlar təyin edilib və ekoloji mövzular seçilib.
Təqdimatdan sonra məktəblilər Azərbaycan Milli İncəsənət Muzeyindəki ekspozisiyalarla tanış olublar.
Xatırladaq ki, hər il mayın 18-i Beynəlxalq Muzey Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (İKOM) 2015-ci ilin həmin gününü “Muzeylər və cəmiyyətin davamlı inkişafı” mövzusuna həsr edib. 


8 il əvvəl