• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Sabahın alimləri” IV Respublika Müsabiqəsinə həsr olunmuş film hazırlanıb.

Filmdə 12-14 fevral 2015-ci il tarixlərində Bakı şəhərində keçirilmiş müsabiqənin əhəmiyyəti və məqsədi haqqında ətraflı məlumat verilir.
Qeyd edək ki, builki müsabiqədə 195 şagird 96 elmi layihə ilə iştirak edib. Onlardan 27-i fərdi, 69-u kollektiv layihədir. Müsabiqəyə Bakı şəhəri ilə yanaşı, ölkəmizin müxtəlif bölgələrinin ümumtəhsil məktəblərinin şagirdləri layihələr təqdim edib.
Müsabiqəyə təqdim olunmuş layihələr 8 nominasiya üzrə qiymətləndirilib. İlk 3 yerə layiq görülən 47 layihə müəyyənləşdirilib. Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.
 
“Sabahın alimləri” IV Respublika Müsabiqəsinə həsr olunmuş film
 


8 il əvvəl