• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi (RETTM) yeni təhsil proqramına start verir.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının muzey və təhsil proqramları layihəsi çərçivəsində realaşdırılacaq yeni proqram 18 may-Beynəlxalq Muzey Gününə həsr olunur.
Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Respublika Turizm və Diyarşünaslıq Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçiriləcək “Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya” proqramının məqsədi məktəblilərin Bakı şəhərində fəaliyyət göstərən muzeylərin tarixi, etnoqrafik-mədəni ekspozisiyası barədə maarifləndirilməsidir.
Layihə üzrə mövzuya aid eksponatlar, artefaktlar, yaradıcılıq işləri haqqında məlumat toplayaraq xüsusi interaktiv metodiki – maarifləndirici marşrutlar müəyyən ediləcək və muzey proqramları təşkil olunacaq.
Eyni zamanda məktəblilər ölkənin aparıcı muzeylərinin kolleksiya fondunun ekoloji və etnoqrafik aspektləri ilə tanış olacaqlar. Həmçinin, şagirdlərə insan, ətraf mühit və cəmiyyətin davamlı inkişaf konsepsiyası barədə məlumat veriləcək.
Qeyd edək ki, hər il mayın 18-i Beynəlxalq Muzey Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (İKOM) tərəfindən 2015-ci il “Muzeylər və cəmiyyətin davamlı inkişafı” ili elan edib.


8 il əvvəl