ABŞ-ın Harvard Universitetində dil təlimində innovasiyaların tətbiqi mövzusunda beynəlxalq forum keçirilib.
Təhsil Nazirliyi Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi Əfqan Abdullayevin qatıldığı 3 günlük forumda təhsildə mükəmməllik, dil bacarıq və vərdişləri, standartlaşmış dil testləri, kurikulumların qloballaşdırılması, dil müəllimi hazırlığı, müasir təlim texnologiyalarının tətbiqi, bilik və bacarıqların qiymətləndirilməsi kimi məsələlər müzakirə olunub.
“Education First” (EF) beynəlxalq cəmiyyətinin təşkilatçılığı ilə keçirilən forumun iştirakçıları Harvard Universitetində bu sahədə aparılan tədqiqatlar, onların tətbiqi imkanları ilə tanış olublar, dərsləri izləyiblər.
Qeyd edək ki, forum EF cəmiyyətinin 50 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində təşkil edilib. Yarım əsr əvvəl Bertil Halt tərəfindən əsası qoyulan EF-in məqsədi dünyada təhsilin geniş yayılmasına kömək etməkdir. 21 ölkənin 45 şəhərində bölməsi olan EF milyonlarla insanın ingilis dili öyrənməsinə dəstək göstərib.
8 il əvvəl
Digər xəbərlər
-
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00 -
Tələbələr arasında voleybol üzrə çempionat keçirilib
22.04.2024 - 14:14 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00