• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəb direktoru: Əsas məqsəd psixoloji sağlam mühit qurmaqdır

Səbail rayonunda yerləşən Məmməd Rahim adına 7 saylı tam orta məktəbin direktoru Könül Həsənova “Məktəb direktorunun bir iş günü” layihəsinin qonağı olub.
"Report" xəbər verir ki, məktəb 2008-ci ildə ilk elektron layihəyə qoşulan məktəblərdən biridir. Məktəbin bütün siniflərində ingilis dilinin intensiv tədrisi həyata keçirilir.
Könül Həsənova bu vəzifəyə təhsil naziri Mikayıl Cabbarovun 2014-cü il 18 avqust tarixli əmri ilə təyin olunub. O, 780 nəfər arasından seçilən 14 nəfərdən biridir. Həmin 14 nəfərdən biri olmaq üçün Təhsil Nazirliyinin keçirdiyi təlimlərdə iştirak edərək müxtəlif mərhələləri adlayıb və nəticədə direktor olmağa nail olub.
Könül Həsənova bildirib ki, 2013-cü ilin avqustundan məktəbin təlim-tərbiyə üzrə direktor müavini, müəyyən müddətdən sonra isə direktor əvəzi təyin olunub: "Özüm İngilis dili müəlliməsiyəm. Əvvəl ali məktəblərdə işləsəm də, uşaqlarla işləməyə daha çox həvəsim var".
O qeyd edib ki, məktəbdə 980 şagird, 104 müəllim var: "Məktəbdə 42 sinif mövcuddur. Dərslər həftənin 5 günü bir növbəli sistemlə keçirilir. Ancaq III siniflər 2 növbəli sistemdə dərs keçirlər. Müəllimlərimiz xüsusi olaraq seçilib, ildə bir dəfə treninqlərdə olurlar.
M.Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası, Milli Azərbaycan Tarixi Muzeyi ilə əlaqələrimiz var. Məktəbdə "bir şagird, bir kompüter" layihəsi tətbiq olunur. Bu elektron dərsliklərin istifadəsi üçün çox önəmlidir".
"Sabahın alimləri" IV beynəlxalq olimpiyadasında məktəbin biologiya nominasiyası üzrə II yerin qalibi olduğunu deyən direktor həmçinin bildirib ki, məktəb Avropa oyunları çərçivəsində "ən surətli məktəb" adına layiq görülüb, I yeri qazanıb: "Şagirdlərimiz voleybol üzrə qızlar arasında XXVII rayon yarışmasında ikinci yeri qazanıblar".
Direktor, həmçinin şagirdlərlə qarşılıqlı hörmət şəraitində münasibət saxladığını qeyd edib: "Əsas məqsəd məktəbdə psixoloji sağlam mühit qurmaqdır. Mən hər gün psixoloqla görüşürəm. Psixoloqlar dərslərdə mütəmadi otururlar, problemli uşaqlarla söhbətlər aparılır. Məktəb şagirdi fiziki cəhətdən yetgin və psixi cəhətdən sağlam formalaşdırmalıdır. Bunun üçün də sağlam əməkdaşlıq, sağlam psixoloji mühüt olmalıdır və milli-mənəvi dəyərlər aşılanmalıdır".
 


8 il əvvəl