• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 5-də Azərbaycan Milli Konservatoriyasında IV Respublika Muğam müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi və digər qonaqlar iştirak ediblər.
Təhsil Nazirliyi və Milli Konservatoriyanın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə keçirilən IV Respublika Muğam müsabiqəsi “Xanəndə” və “İnstrumental muğam ifaçılığı” nominasiyaları üzrə 2 turda təşkil olunub.
Müsabiqəyə qatılmış 68 iştirakçıdan “İnstrumental muğam ifaçılığı” üzrə I, II və III yerlərin hər birinə 2 iştirakçı layiq görülüb. 4 iştirakçı isə fəal iştiraka görə seçilib. “Xanəndə” nominasiyası üzrə isə I, II və III yerlərin hər birinə 1 iştirakçı layiq görülüb, fəal iştiraka görə 2 iştirakçı fərqləndirilib.
Mərasimin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov son illər Azərbaycan muğamının qorunması və inkişafı istiqamətində böyük işlər görüldüyünü vurğulayıb. Nazir bildirib ki, bütün bunlar Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizə, muğamımıza göstərdiyi hörmət və ehtiramının nəticəsidir. YUNESKO-nun Bəşəriyyətin Şifahi və Qeyri-maddi İrsinə dair Şah Əsərlərin Dünya Siyahısına Azərbaycan muğamının daxil edilməsi bu musiqi ənənəsinin böyük bədii dəyərə və mədəniyyətlərarası əməkdaşlıq potensialına malik olduğunu sübut edir.
Çıxışdan sonra Mikayıl Cabbarov müsabiqədə I, II və III yerləri tutmuş ifaçılara mükafatları təqdim edib.
Müsabiqənin fəal iştirakçılarına mükafatlarını təqdim edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxışında muğam müsabiqəsinin ölkəmizin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb.
Mərasim müsabiqə qaliblərinin iştirakı ilə keçirilən yekun konsertlə davam etdirilib.


8 il əvvəl