• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinə yeni direktor təyin olunub.

Mərkəzə direktor təyin olunan Firuzə Sultan-zadə 1990-cı ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə bitirib. Biologiya elmləri namizədi F.Sultan-zadə 1997-2011-ci illərdə Bakı Dövlət Universitetinin “Onurğalılar zoologiyası və bioekologiya” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləyib, 2011-ci ildən “Bioekologiya” kafedrasında ekologiya və torpaqşünaslıq fakültəsində dosent vəzifəsində çalışır. 40 elmi əsərin, 15 dərslik və dərs vəsaitinin müəllifidir.
1999-ci ildən elmi-ictimai “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəridir. 2000-2015-ci illər ərzində ekoloji təhsil və maarifləndirmə, Azərbaycanın mədəni və təbii irsinin qorunması, muzey pedaqogikası, ekoloji və mədəni uşaq və gənclər üçün interaktiv turizmin inkişafı, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarəçiliyi, biomüxtəlifliyin və aqrobiomüxtəlifliyin mühafizəsi sahəsində 60-dan çox milli və beynəlxalq ekoloji layihənin müəllifi və koordinatoru olub.
Ekoloji və mədəni turizm sahəsində çalışan F.Sultan-zadə Dünya Bankının “Mədəni irsin qorunması” layihəsi çərçivəsində də icma inkişafı üzrə mütəxəssis işləyib. 1999-cu ildən YUNESKO-nun Azərbaycanın təbii və mədəni irsinin qorunması və muzey pedaqogikasının inkişafı sahəsində ekspertidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılan Etno-Ekoloji Mərkəzin rəhbəridir.
Ətraf mühitin mühafizəsi və ictimai fəaliyyətinə görə “Dədə Qorqud” Milli Fondu tərəfindən “Qızıl ürək” ordeni, eləcə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib.
F.Sultan-zadənin elmi və beynəlxalq təşkilatlarla iş təcrübəsi, gənc nəslin ekoloji biliklərinin artırılmasında yeni yanaşmaların tətbiqinə, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və ümumilikdə ekoloji mərkəzlərin işinin müasir dövrün tələbləri səviyyəsində qurulmasına töhfə vermiş olacaq.


8 il əvvəl