• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 12-dən 14-dək Heydər Əliyev Mərkəzində “Sabahın alimləri” IV Respublika müsabiqəsi keçiriləcək.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunacaq.
Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən İntel İSEF–Beynəlxalq Elm və Mühəndislik sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Bu müsabiqə dünyada şagirdlər arasında keçirilən ən nüfüzlü beynəlxalq tədbirə seçim turudur.
Müsabiqəyə 200 şagirdin hazırladığı 106 elmi layihənin təqdim olunması gözlənilir. Bu layihələrdən 67-si kollektiv, 39-u fərdi qaydada hazırlanıb.
Qalib gələcək 3 layihənin müəllifi may ayında ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçiriləcək İntel İSEF sərgisində iştirak etmək imkanı qazanacaq.


8 il əvvəl