Ümumtəhsil məktəblərinin məzunlarının gümüş medalla təltifi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nın 6-cı bəndini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini, habelə həmin məzunların X-XI siniflərdə oxuduqları müddətdə bir və ya bir neçə fəndən illik “4” qiymət aldıqlarını əsas tutaraq
 
ƏMR EDİRƏM:
 
I. Aşağıda adları qeyd edilən XI sinif məzunları gümüş medalla təltif olunsunlar:
 
1. Rəhimli Rəhim Novruz oğlu Akademik Zərifə Əliyeva adına lisey
2. Süleymanov Allahverdi Bəhruz oğlu Bakı Avropa Liseyi
3. Kazımlı Mirəşrəf Mirsamir oğlu Bakı Özəl Türk Liseyi Lənkəran filialı
4. Gözəlov Gülağa Ağagül oğlu Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi
5. Ramazanzadə Elvin Orxan oğlu Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi
6. Pirmun İradə Vaqif qızı Şirvan şəhəri 1 nömrəli tam orta məktəb
7. Məmmədov Mirabbas Seyidxan oğlu Şirvan şəhəri 16 nömrəli tam orta məktəb
8. Həsənli Ömər Bəşir oğlu Tovuz şəhəri A.S.Puşkin adına tam orta məktəb
9. Sadıqlı Polad Azər oğlu Tovuz rayonu Əyyublu kənd tam orta məktəbi
10. Murquzova Nərminə Sahib qızı Tovuz rayonu Bozalqanlı kənd tam orta məktəbi
          
II. Gümüş medala layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılsın.
III. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.
Əsas: Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), Nazirlik tabeliyindəki və özəl ümumtəhsil müəssisələrinin məktubları.
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
17 iyul 2013-cü il
№737