21.09.2015 12:11

Azərbaycan Respublikası təhsil nazirinin
27 noyabr 2012-ci il tarixli,
 2119 nömrəli əmri ilə təsdiq olunmuşdur
 
III Respublika Muğam müsabiqəsinin əsasnaməsi
 
I. Ümumi müddəalar
 
Son illərdə Azərbaycan muğamının qorunması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş və bu istiqamətdə böyük uğurlar əldə olunmuşdur. Məhz bu tədbirlərin real nəticəsi olaraq muğam sənəti UNESCO-nun “Bəşəriyyətin Qeyri-Maddi Mədəniyyət İrsi” siyahısına daxil edilmişdir. Bu kimi nailiyyətlər milli sərvətimizin respublikamızda və beynəlxalq miqyasda böyük dəyərə və potensiala malik olduğunu təsdiq edir.
 
1.1 Müsabiqənin məqsəd və vəzifələri
 
III Respublika muğam müsabiqəsi xanəndə və xalq çalğı alətləri ifaçıları üçün nəzərdə tutulmuşdur.
Muğam müsabiqəsi aşağıdakı məqsəd və vəzifələri həyata keçirir:
  • Xanəndəlik sənətinin qədim ənənələrinin qorunub saxlanılması və təbliğini genişləndirmək;
  • İnstrumental muğam ifaçılığında şifahi ənənəli musiqi nümunələrinin təfsirinə yeni vüsət vermək;
  • Respublikada muğam ifaçılığı üzrə istedadlı gəncləri aşkar etmək və onlara bu sahədə geniş imkanlar yaratmaq;
  • Respublikada muğam ifaçılığı və təhsili arasında metodik və praktik əlaqələri genişləndirmək;
  •  Respublikada və regionlarda Azərbaycan şifahi ənənəli professional musiqi irsini, muğam ifaçılığını inkişaf etdirmək
     
Müsabiqənin qalibləri Beynəlxalq Muğam festivalında iştirak etmək hüququ qazanır.
 
1.2. Müsabiqənin təşkilatçıları
 
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi
  • Azərbaycan Milli Konservatoriyası
     
 
1.3. Müsabiqənin dəstəkçiləri
 
  • Heydər Əliyev Fondu
  • Azərbaycan Mədəniyyətinin Dostları Fondu
  • Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
     
 
1.4. Müsabiqənin keçirilmə tarixi
 
Müsabiqə 11-20 fevral, 2013-cü il tarixlərində keçiriləcəkdir.
 
1.5. Müsabiqənin keçirildiyi ünvan
  • Azərbaycan Milli Konservatoriyasının tərkibində Musiqi Kolleci, Dilarə Əliyeva 214, 28 may küçəsi, döngə 4.
Tel: +99412 493-62-60
 
II. Müsabiqənin strukturu
 
2.1. Müsabiqənin strukturu
 
  • Müsabiqə ilkin seçim mərhələsi və əsas mərhələdən ibarətdir.
  • İlkin seçim mərhələsi sənədlərə əsaslanır və müsabiqənin iştirakçılarını müəyyənləşdirir.
  • Müsabiqə iki turdan ibarətdir.
  • Müsabiqənin qalibləri mükafatlandırılır.
     
 
Müsabiqədə qaliblərin seçimini Təhsil Nazirlyinin müvafiq əmri ilə təsdiq edilmiş münsiflər heyəti həyata keçirəcəkdir.
 
III. Müsabiqənin ümumi şərtləri
 
3.1. Müsabiqədə iştirak etmək istəyənlər Respublika Muğam Müsabiqəsnin Təşkilat Komitəsinə aşağıdakı sənədləri poçt vasitəsilə göndərə və ya şəxsən təqdim edə bilərlər:
  • Müəyyən forma üzrə ərizə tam olaraq doldurulmalıdır.
  • 2 fotoşəkil (7x10 ölçüdə)
  • Ərizəçinin yaşını təsdiq edən sənədin surəti (şəxsiyyət vəsiqəsi)
  • Tərcümeyi-hal
     
3.2. Müsabiqədə yaşı 35-dək olan həm xanəndə, həm də instrumental ifaçılar iştirak edə bilərlər. Onları müşayiət edənlərə (tərkib 5 nəfərdən çox olmamaq şərtilə) yaş məhdudiyyəti qoyulmur.
3.3. Sənədlər ərizə ilə birlikdə 01 fevral 2013-cü il tarixinə qədər Respublika Muğam Müsabiqəsinin Təşkilat Komitəsinə təqdim olunmalıdır.
3.4. Respublika Muğam Müsabiqəsinin Təşkilat Komitəsi: Azərbaycan Milli Konservatoriyasının tərkibində Musiqi Kolleci, Dilarə Əliyeva 214, 28 may küçəsi, döngə 4, AZ 1010 Bakı, Azərbaycan , Tel: +99412 493-62-60
 
IV. Müsabiqənin əsas şərtləri
 
4.1. Müsabiqə iki turda  keçirilir.
4.2. I turun mütləq proqramı:
 
Xanəndə
1. Mahur hindi
2. Mirzə Hüseyn Segahı
3. Şahnaz
Tar
1. Orta Mahur
2. Zabul
3. Çoban Bayatı
4. Azərbaycan xalq rəqsi
Kamança
1. Şur  
2. Şüştər
3. Bayatı Şiraz
4. Azərbaycan xalq rəqsi
Qanun
1. Orta Mahur
2. Bayatı Şiraz
3. Şüştər
4. Azərbaycan xalq rəqsi
Balaban
1. Şur
2. Orta Segah
3. Humayun
4. Azərbaycan xalq rəqsi
 
4.3. II turun proqramı
 
Xanəndə
1.Zərbi muğamlar və təsniflər
 
Xalq çalğı alətləri
1.Hər bir müsabiqə iştirakçısı təxminən 10-15 dəqiqə vaxt çərçivəsində muğam və digər xalq musiqi janrlarına əsaslanan kompozisiya təqdim etməlidir.
  • Müsabiqə iştirakçılarını müşayiət edənlərin sayı sərbəstdir (5 nəfərdən artıq olmamaq şərtilə)
 
 
 
V. Müsabiqədə iştirak
 
5.1.  Müsabiqədə iştirak etmək istəyənlər bütün xərcləri öz vəsaiti hesabına həyata keçirirlər.
5.2.  Müsabiqə dinləyicilər üçün açıq şəraitdə keçirilir.
 
VI. Hər iki müsabiqə üçün
 
Birinci yer - 5000 manat məbləğində pul mükafatı
İkinci yer - 3000 manat məbləğində pul mükafatı
Üçüncü yer - 1000 manat məbləğində pul mükafatı
 
  • Münsiflər heyəti yerlərdən hansınısa heç bir iştirakçıya verməmək və ya eyni yeri bir neçə iştirakçıya vermək hüququna malikdir.


 
Azərbaycan Respublikası təhsil nazirinin
27 noyabr 2012-ci il tarixli,
 2119 nömrəli əmri ilə təsdiq olunmuşdur
 
III Respublika Muğam müsabiqəsinin xanəndə nominasiyası üzrə
münsiflər heyəti


1. Siyavuş Kərimi sədr, xalq artisti, professor
2. Arif Babayev xalq artisti, professor
3. Əlibaba Məmmədov xalq artisti
4. Aygün Bayramova xalq artisti, dosent
5. Mənsum İbrahimov xalq artisti, professor
6. Ağaxan Abdullayev xalq artisti
7. Səkinə İsmayılova xalq artisti
 
   
III Respublika Muğam müsabiqəsinin İnstrumental muğam ifaçılığı nominasiyası üzrə
münsiflər heyəti

1. Siyavuş Kərimi sədr, xalq artisti, professor
2. Nazim Kazımov əməkdar incəsənət xadimi, professor
3. Məmmədağa Kərimov əməkdar incəsənət xadimi, professor
4. Malik Quliyev əməkdar müəllim, professor
5. Təranə Əliyeva əməkdar artist, dosent
6. Şəfiqə Eyvazova xalq artisti, professor
7. Elşad Cabbarlı müəllim