21.09.2015 12:11

Xocalı soyqırımının iyirminci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı

Azərbaycan Respublikası təhsil nazirinin
19 yanvar 2012-ci il tarixli 66 №-li əmri ilə
təsdiq olunmuşdur. 
 

Sıra
№-si

Tədbirlər İcra vaxtı İcraya məsul
1. 24 fevral günü ali, orta ixtisas, ümumtəhsil, ilk peşə-ixtisas, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində ilk dərs saatını Xocalı soyqırımına həsr etmək 24 fevral 2012-ci il Təhsil müəssisələrinin rəhbərləri
2. Ali və orta ixtisas təhsil müəssisələrinin internet səhifələrinə Xocalı soyqırımını əks etdirən məlumatları daxil etmək

20-24 fevral

2012-ci il

 

Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri
3. Ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində Xocalı soyqırımına həsr olunmuş rəsm sərgiləri, bədii gecələr keçirmək, tamaşalar hazırlamaq, sənədli və bədii filmlərin nümayişini təşkil etmək

20-24 fevral

 2012-ci il

 

Rayon, şəhər təhsil şöbələri, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbəri
4. Ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında “Uşaq və müharibə” mövzusunda Respublika rəsm müsabiqəsi keçirmək 24 fevral 2012-ci il Rayon, şəhər təhsil şöbələri, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbəri
5. Ümumtəhsil, ilk peşə-ixtisas,  ali və orta ixtisas təhsili müəssisələrində Xocalı soyqırımına həsr olunmuş matəm mitinqləri, xatirə gecələri, soyqırımın şahidi olan adamlarla görüşlər keçirmək

20-24 fevral

 2012-ci il

 

Təhsil müəssisələrinin rəhbərləri
6. Respublika Texniki Yaradıcılıq Mərkəzinin radiorabitə klubunun vasitəsilə dünya ölkələrinin uşaqlarına Xocalı soyqırımının mahiyyətini çatdırmaq 20-24 fevral 2012-ci il Respublika Texniki Yaradıcılıq Mərkəzi
7. “Azərbaycan müəllimi” qəzetində Xocalı soyqırımına aid məqalələr, xatirələr dərc etdirmək

fevral

2012-ci il

 

İctimaiyyətlə əlaqə şöbəsi