21.09.2015 12:11

Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin Əsasnaməsi

Azərbaycan Respublikası Təhsil nazirinin
06 fevral 2012-ci il tarixli 165 №-li əmri ilə
təsdiq olunmuşdur. 
 
 
I. MƏQSƏD VƏ VƏZİFƏLƏR
Müsabiqə:
1.1 Uşaq və yeniyetmələrin texniki yaradıcılıq dərnəklərinə daha geniş cəlb olunması, respublikada fəaliyyət göstərən texniki yaradıcılıq dərnəklərinin üzvləri arasında təcrübə mübadiləsinin təşkil olunması;
1.2 Elmi-texniki yaradıcılığın uşaq və yeniyetmələr arasında geniş vüsət alması üçün təbliğatın aparılması;
1.3 Uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması və onların yaradıcılığının inkişaf etdirilməsi üçün stimulların yaradılması məqsədilə keçirilir.
 
II. MÜSABİQƏNİN TƏŞKİLİ VƏ KEÇİRİLMƏ QAYDALARI
    
2.1  Müsabiqənin təşkilinə ümumi rəhbərlik Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
2.2 Zonalarda müsabiqəni rayon, şəhər təhsil şöbələri və ya idarələri həyata keçirir.          
Müsabiqə texniki yaradıcılığın aşağıdakı növləri üzrə keçirilir:
 
I Aviamodel:
a)       Radio ilə idarə olunan təyyarə modelləri;
b)       b) Pilotlu təyyarə modelləri;
c) Radio ilə idarə olunan vertalyot modelləri;
d) Kordalı təyyarə modellərinin surətləri;
 
II Kosmik raket modeli:
a) Kosmik gəmilərin surətlərinin modelləri;
 
III Avtomodel:
a) Radio ilə idarə olunan minik avtomobillərinin surətlərinin modelləri;
b) Radio ilə idarə olunan yük avtomobillərinin surətlərinin modelləri;
c)   Radio ilə idarə olunan hərbi maşınların surətlərinin modelləri;
d) Hərəkətdə olan kənd təsərrüfatı texnikasının modelləri ;
 
IV Gəmi modeli:
a) Radio ilə idarə olunan mülki gəmilərin surətlərinin modelləri;
b) Radio ilə idarə olunan hərbi gəmilərin surətlərinin modelləri;
c) Mühərriksiz yelkənli qayıq modelləri;
 
V Radiotexnika:
a) Təlimin texniki vasitələri;
b) Məişət və istehsalatda istifadə olunan cihaz və qurğular;
c) Robot texnikası, Səmərələşdiricilik və ixtiraçılıq işləri;
Müsabiqə iştirakçıları texniki yaradıcılığın yuxarıda göstərilən növlərindən yalnız birini seçərək bir modellə müsabiqədə iştirak edə bilər. Hər bir iştirakçı hazırladığı modelin surətinin sxemini və əslinin fotosunu münsiflər heyətinə təqdim etməlidir.
 
2.4  Müsabiqə 3 mərhələdə keçirilir:
I - rayon, şəhər mərhələsi, II – zona mərhələsi, III- respublika mərhələsi.
Müsabiqənin I mərhələsi 13 fevral 2012-ci il tarixədək  rayon, şəhər təhsil şöbələri, idarələri  tərəfindən həyata keçirilir. 
II mərhələ - 2012-ci ilin fevral – aprel aylarında zonalar üzrə aşağıdakı şəhər və rayonlarda keçiriləcəkdir:
 
 
I. Lənkaran-Astara zonası üzrə:
Cəlilabad rayonu – 21 fevral  2012-ci ildə
Lənkəran, Astara, Neftçala, Lerik, Yardımlı, Cəlilabad və Salyan rayonları
 
 
II.Aran zonası üzrə:
Hacıqabul rayonu – 24 fevral 2012-ci ildə
Şirvan şəhəri, Sabirabad, Saatlı, Hacıqabul, Göyçay, Ağsu, Kürdəmir, Ucar və Zərdab rayonları
 
 
 III. Qarabağ zonası üzrə:
Mingəçevir şəhəri – 28 fevral 2012-ci ildə
Mingəçevir şəhəri, Bərdə, Ağdam, Ağcabədi, Goranboy və Yevlax rayonları
 
 
IV. Gəncə zonası üzrə:
Tovuz rayonu – 13 mart 2012-ci ildə
Gəncə şəhəri, Ağstafa, Qazax, Samux, Şəmkir, Tovuz, Daşkəsən, və Göygöl rayonları
      
 V. Quba-Xaçmaz zonası üzrə:
Xaçmaz rayonu – 15 mart 2012-ci ildə
Sumqayıt şəhəri, Abşeron, Quba, Xaçmaz, Qusar, Şabran və Qubadlı rayonları
 
 
VI. Şəki-Zaqatala zonası üzrə:
Balakən rayonu – 29 mart 2012-ci ildə
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonları
 
VII. Naxçıvan MR üzrə: 
Naxçıvan şəhəri, 29 mart 2012-ci ildə
Naxçıvan şəhəri, Ordubad, Şərur, Şahbuz, Culfa, Babək, Sədərək və Kəngərli rayonları
 
 VIII. Bakı şəhəri üzrə:
Bakı şəhəri – 03 aprel  2012-ci ildə
Bakı şəhəri, Şamaxı, Laçın, Füzuli və Zəngilan rayonları
 
III mərhələ - Respublika mərhələsi 2012-ci il aprel ayında Bakı şəhərində keçiriləcəkdir.
 
2.5 Modellərin hərəkətə gətirilməsi üçün lazım olan yanacaq və digər vasitələr modelləri təqdim edən iştirakçılar tərəfindən təmin olunur.
2.6 Müsabiqəyə radiotexnika növü istisna olmaqla ancaq hərəkətdə olan modellər təqdim edilməlidir.
2.7 Rayon, şəhər müsabiqələrində hər növ üzrə I , II və III yerləri tutan iştirakçılar zona mərhələsində iştirak etmək hüququ qazanırlar.
2.8 Zona müsabiqələrində hər növ üzrə I və II   yerləri tutan qaliblər  Respublika mərhələsində iştirak edirlər.
Müsabiqə keçirilən gün hər modelin göstəriciləri haqqında qısa məlumat kiçik lövhəcik şəklində modelin sağ və ya sol tərəfinə qoyulmalıdır.
Müsabiqənin hər mərhələsi üzrə rayon, şəhər təşkilat komitəsi və münsiflər heyəti yaradılır.
Rayon, şəhər mərhələlərində münsiflər heyəti texniki və uşaq yaradıcılıq mərkəzlərinin mütəxəssislərindən təşkil edilir.
Zona və respublika mərhələlərində münsiflər heyətinin tərkibi Respublika Təşkilat Komitəsi tərəfindən müəyyən edilir.  
 
III. MÜSABİQƏ İŞTİRAKÇILARI
 
3. 1  Müsabiqədə 10 yaşdan 18 yaşadək olan uşaqlar iştirak edə bilərlər.
Müsabiqədə rayon, şəhər uşaq yaradıcılıq mərkəzlərinin texniki profilli dərnəklərinin üzvləri də iştirak etməlidirlər.
3.2 Zona   müsabiqələrinin   nəticələrinin   yekun   protokolunun   surəti 3 gün müddətinə  Respublika Texniki Yaradıcılıq Mərkəzinə (Bakı şəhəri,Əhmədli qəs.Xudu Məmmədov küç. 37, tel: 372-72-63) təqdim olunur. 
 
IV. QALİBLƏRİN MÜKAFATLANDIRILMASI
 
 4.1 Rayon və zona müsabiqəsində hər növ üzrə I, II və III yerləri tutan qaliblər rayon, şəhər təhsil şöbələri, idarələri tərəfindən diplom və  hədiyyələrlə mükafatlandırılır.
 Respublika mərhələsində hər növ üzrə I, II və III yerləri tutan iştirakçılar Təhsil Nazirliyi tərəfindən   diplom və hədiyyələrlə mükafatlandırlır.