21.09.2015 12:11

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89- cu ildönümü münasibətilə ilk peşə - ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə II Respublika müsabiqəsinin ƏSASNAMƏSİ

1. Müsabiqənin məqsəd və vəzifələri
 
- Gənc nəslin vətənpərvərlik və mənəvi estetik tərbiyələrini yüksəltmək məqsədilə xüsusi istedada malik olan tələbə - gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq;
- Peşə təhsili müəssisələrində xalq mahnılarına və Azərbaycan ədəbiyyatına, incəsənətinə məhəbbət hissləri aşılamaq;
-   İstedadlı yeniyetmə və gənclərin ifaçılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək.
 
2. Müsabiqənin təşkili
 
Müsabiqənin təşkilinə ümumi rəhbərlik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
Müsabiqə ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında
3 nominasiya üzrə keçirilir.
Müsabiqə 3 nominasiya üzrə keçirilir.
-          Şeir nominasiyası - Azərbaycan şairlərinin şeirləri;
-          Mahnı nominasiyası - Xalq mahnıları və Azərbaycan bəstəkarlarının əsərləri;
-          Xalq çalğı alətlərində ifa nominasiyası.
 
Müsabiqə 3 mərhələdən ibarətdir:
I mərhələ - Bu mərhələdə iştirakçını ilk peşə - ixtisas təhsili müəssisəsində yaradılmış münsiflər heyəti müəyyənləşdirir.
II mərhələ - Zona mərhələsi. Zonalar üzrə aşağıdakı şəhər və rayonlarda keçirilir.
1.  Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonları, 2 mart 2012-ci il saat 1200 da Xaçmaz Peşə Liseyində;
2. Naxçıvan Muxtar Respublikası üzrə 5 mart 2012-ci il tarixində, saat 1200 da Naxçıvan peşə liseyində;
3. Qəbələ, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala rayonları 6 mart 2012- ci il saat 1200 da  Qəbələ Turizm və Otelçilik üzrə tədris mərkəzində;  
4. İsmayıllı, Göyçay, Ağdaş, Kürdəmir, Ağsu, Şamaxı rayonları 7 mart 2012- ci il saat 1200 da İsmayıllı Təlim Mərkəzində;
5. Şirvan şəhəri, İmişli, Saatlı, Sabirabad, Salyan və Neftçala rayonları 12 mart 2012- ci il saat 1200 da Şirvan Peşə Liseyində;
6. Cəlilabad, Masallı, Lerik, Yardımlı, Cəbrayıl, Biləsuvar rayonları, Lənkəran şəhəri, 13 mart 2012- ci il saat 1200 da Cəlilabad Peşə Liseyində;
7.  Ağcabədi, Bərdə, Ağdam, Fizuli, Tərtər, Beyləqan və Yevlax rayonları, 15 mart 2012-ci il saat 1200da Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında;
8.  Gəncə, Naftalan, Mingəçevir şəhərləri, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Göy-Göl, Daşkəsən, Goranboy rayonları, 16 mart 2012- ci il
saat 1200 da Gəncə şəhərində 3 saylı Peşə Liseyində;
9. Sumqayıt şəhəri və Abşeron rayonu 27 mart 2012- ci il saat 1200 da 1 saylı Sumqayıt Peşə Liseyində; 
10. Bakı şəhəri üzrə, 29 mart 2012- ci il saat 1200 da 4 saylı Bakı Peşə Liseyində keçiriləcəkdir.
Zonalarda hər nominasiya üzrə I və II yerləri tutan iştirakçılar respublika mərhələsində iştirak edir.
III mərhələ - Respublika mərhələsi- Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evində, 10 aprel 2012- ci il tarixdə saat 1200 da keçiriləcəkdir.
Qaliblər Təhsil Nazirliyinin təsdiq etdiyi münsiflər heyəti tərəfindən seçiləcəkdir. II Respublika ifa müsabiqəsinin qaliblərinin yekun konserti 2012- ci il aprelin 25-də Bakı şəhərində keçiriləcəkdir. 
4. Müsabiqənin şərtləri
 
- Müsabiqədə peşə təhsili müəssisələrinin 15-25 yaş arası gəncləri iştirak edə  
 bilərlər. Zona mərhələsinə hər məktəbdən bir nəfər mahnı, bir nəfər şeir və bir nəfər xalq çalğı alətlərində ifa edən buraxılır.
- Təqdim olunan şeir üçün ayrılmış vaxt 3 dəqiqədən çox olmamalıdır;
- Təqdim olunan mahnı üçün ayrılmış vaxt 3 dəqiqədən çox olmamalıdır;
- Təqdim olunan alətdə ifa üçün ayrılmış vaxt 3 dəqiqədən çox olmamalıdır.
- İlk peşə-ixtisas təhsili müəssisəsinin direktoru müsabiqədə iştirak edəcək iştirakçılar haqqında məlumatları ( adı, soyadı, atasının adı, təhsil aldığı ixtisas, kurs və iştirak edəcəyi nominasiya ) 25 yanvar 2012-ci il tarixinə kimi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinə (Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsi Xudu Məmmədov küçəsi 37, iş tel : (012) 379-42-34; (012) 379-17-35 ) təqdim etməlidir.                               
 
Qaliblərin mükafatlandırılması
 
Müsabiqənin I mərhələsinin qalibləri ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru tərəfindən diplomlarla təltif ediləcəkdir.
Zona mərhələsinin qalibləri Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən diplomlarla təltif ediləcəkdir.
Müsabiqənin Respublika mərhələsində hər nominasiya üzrə I, II və III yerləri tutan iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.