21.09.2015 12:11

Uşaq yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərinin respublika müsabiqəsinin ƏSASNAMƏSİ

 I. Məqsəd və vəzifələr
 
1.1. İstedadlı uşaq və gənclərin üzə çıxarılması və onların yaradıcılıqpotensialının inkişaf etdirilməsi;
1.2. Uşaq və gənclərin yaradıcılıq dərnəklərinə daha geniş cəlb olunması, fəaliyyətuşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin təşkili məqsədiləkeçirilir.
 
II. Müsabiqənin təşkili və keçirilmə qaydaları
 
 2.1. Müsabiqənin təşkilinə ümumi rəhbərlik Azərbaycan Respublikasının TəhsilNazirliyi tərəfindən həyata keçirilir.
 2.2. Rayon və şəhərlərdə müsabiqəni rayon, şəhər təhsil şöbələri, idarələri həyata keçirir və bu məqsədlə təşkilat komitələri və münsiflər heyəti yaradılır.
 2.3 .Müsabiqə 2 mərhələdə keçirilir:
 I mərhələ - rayon, şəhər mərhələsi -  10 noyabr 2011-ci il tarixində;
 II mərhələ-  respublika mərhələsi - 2011-ci ildə Bakı şəhərində keçiriləcəkdir.
 2.4. Müsabiqə aşağıdakı yaradıcılıq növləri üzrə keçirilir:
I  Dekorativ tətbiqi sənət - xalça, tikmə, milli tikmə, dekorativ kompozisiyalar, makrame,   toxuma, bədii oyuncaqlar, ağac üzərində oyma, ağacdan mozaiklar, şüşə üzərində rəsmlər, aplikasiyalar, kağızdan bədii konstruksiyalar (oriqami), metal üzərində oyma, muncuqla işləmələr;
 II Dizayn  – biçmə-tikmə, paltarın modelləşdirilməsi, gəlinciklər üçün paltarlar, evin interyeri, məhsul nişanları;
IIIFloristika (nəbatat aləmi) -müxtəlif güllərdən və bitkilərdən ekibanaların hazırlanması.
İştirakçılar yuxarıda göstərilən növlərdən yalnız birində müsabiqədə iştirak edə bilər.
2.5. I mərhələdə hər növ üzrə I və II yerləri tutan iştirakçılar respublikamərhələsində  iştirak  etmək  hüququ  qazanırlar. Qalib işlər 2011-ci ilin 25noyabrınadək  Tərbiyə və məktəbdənkənar  müəssisələr şöbəsinə  təqdim edilməlidir.
Rayon, şəhər mərhələsinin qalibləri müvafiq təhsil şöbələri, idarələri tərəfindən yaradılmış münsiflər heyəti tərəfindən müəyyən edilir.
 
III. Müsabiqə iştirakçıları
 
3. 1 Müsabiqədə ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri iştirak edə bilərlər.
 
IV. Qaliblərin mükafatlandırılması
 
4.1. Müsabiqənin rayon, şəhər mərhələsində hər növ üzrə I, II və III yerləri tutan iştirakçılar rayon, şəhər təhsil şöbələri, idarələri tərəfindən diplom və  hədiyyələrlə mükafatlandırılır.
4.2.Respublika mərhələsində hər növ üzrə I, II və III yerləri tutan iştirakçılar Təhsil Nazirliyi tərəfindən   diplom və hədiyyələrlə mükafatlandırılır.