21.09.2015 12:11

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı ümumtəhsil məktəblərinin şagirdləri arasında ifa üzrə respublika müsabiqəsinin ƏSASNAMƏSI

1. Müsabiqənin məqsəd və vəzifələri

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.  
Bu məqsədlə ümumtəhsil məktəblərinin şagirdləri arasında ifa müsabiqəsi keşirilıir. Müsabiqədə Azərbaycan bəstəkarlarının müstəqilliyimiz və qəhrəmanlıq  mövzularında yazılmış əsərlərinin öyrənilməsi istiqamətində görülən işlər daha da yaxşılaşacaq, istedadlı uşaqlara ifaçılıq qabiliyyətlərini inkişaf etdirmələrinə dəstək veriləcəkdir.

2. Müsabiqənin təşkili

Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri arasında 2 nominasiya üzrə keçirilir.
- Xalq çalğı alətlərində ifa nominasiyası;
- Mahnı nominasiyasi- Azərbaycan bəstəkarlarının vətənpərvərlik və qəhrəmanlıq mövzularında yazılmış əsərləri.
Müsabiqə 4 mərhələdən ibarətdir:
I mərhələ - 7- 8 noyabr 2011-ci il tarixlərində ümumtəhsil məktəblərində keçiriləcək.     Bu mərhələdə iştirakçını məktəbdə yaradılmış münsiflər heyəti müəyyənləşdirir.
II mərhələ - 22-23 noyabr  2011-ci il tarixlərdə şəhər, rayon, təhsil şöbələri, idarələri tərəfindən keçiriləcək  və qaliblər zona mərhələsinə göndəriləcəklər.
III mərhələ - Zona mərhələsi.  Bu mərhələ zona mərhələsi keçirilən şəhər və rayonlarda yerləşən musiqi məktəblərində keçiriləcəkdir. Zona müsabiqəsinin qaliblərini musiqi məktəblərində yaradılacaq münsiflər heyəti müəyyən edəcəkdir. Müsabiqə zonalar üzrə  aşağıdakı şəhər və rayonlarda keçirilir.          
1. Şuşa şəhəri, Abşeron, Qobustan, Xızı, Siyəzən, Şabran, Quba, Xaçmaz, Qusar, Qubadlı, Zəngilan rayonları 01 dekabr 2011- ci il saat 11.00- da Sumqayıt Musiqi Kollecində;
2.  Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Astara, Cəbrayıl rayonları, Lənkəran, Şirvan şəhərləri 02 dekabr 2011- ci il saat 12.00- da Lənkəran Humanitar Kollecində;
3. İmişli, Saatlı, Sabirabad, Salyan, Göyçay, Ağdaş, Kürdəmir, Ağsu, Hacıqabul rayonları 01 dekabr 2011-ci il saat 12.00-da Şirvan Dövlət Humanitar və İqtisadiyyat Kollecində;
4. Naftalan, Mingəçevir şəhərləri, Ağcabədi, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Göy-Göl, Daşkəsən, Goranboy, Xocavənd, Xocalı, Kəlbəcər, Samux rayonları 10 dekabr  2011- ci il saat 12.00- da Gəncə Musiqi Kollecində;
5. Gəncə şəhəri, Bərdə, Ağdam,    Tərtər, Beyləqan, Yevlax, Ucar, Zərdab, Füzuli, Laçın rayonları 02 dekabr 2011-ci il saat 12.00-da Ağcabədi Pedaqoji Kollecində;
6. Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala rayonları 10 dekabr 2011- ci il saat 12.00- da Şəki Musiqi Kollecində;
7. Naxçıvan Muxtar Respublikası üzrə 01 dekabr 2011-ci il tarixində, saat 11.00-da Naxçıvan Musiqi Kollecində;
8. Bakı, Sumqayıt şəhərləri üzrə 02 dekabr 2011-ci il saat 12.00-da Bakı Dövlət Sosial-Pedaqoji Kollecində.
            Zonalarda hər nominasiya üzrə I və II yerləri tutan şagirdlər respublika mərhələsində iştirak edir.
 
IV mərhələ - Respublika mərhələsi –  20-23 dekabr 2011- ci il saat 12.00-da Bakı Humanitar Kollecində keçiriləcəkdir.
Qaliblər Təhsil Nazirliyinin təsdiq etdiyi münsiflər heyəti tərəfindən seçiləcəkdir.
Müsabiqə qaliblərinin yekun konserti 2011-ci ilin dekabr ayında Bakı          şəhərində keçiriləcəkdir.
Qeyd: Zona və respublika mərhələsində münsiflər heyətinin işində Təhsil Nazirliyinin nümayəndələri iştirak edəcəkdir.
 
4. Müsabiqənin şərtləri

- Müsabiqə ümumtəhsil məktəblərinin 14-18 yaş arası şagirdlər arasında keçirilir. Zona mərhələsinə hər şəhər və rayondan bir nəfər mahnı və bir nəfər xalq çalğı alətlərində ifa edən buraxılır.
-Təqdim olunan mahnı və musiqi alətində ifa üçün ayrılmış vaxt 4 dəqiqədən çox olmamalıdır.
     Zona və respublika mərhələlərinin seçim turunda və yekun konsertində iştirak edəcək şagirdlərin ezamiyyə xərcləri şəhər, rayon təhsil idarələri, şöbələri tərəfindən ödənilir.
 
Qaliblərin mükafatlandırılması

Müsabiqənin zona mərhələsinin qalibləri zona mərhələsi keçirilən şəhər, rayon təhsil idarələri, şöbələri tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılır.
Müsabiqənin Respublika mərhələsinin qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.