21.09.2015 12:11

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ifa üzrə respublika müsabiqəsinin ƏSASNAMƏSİ

 1. Müsabiqənin məqsəd və vəzifələri
 
- Tələbə və gənclərin asudə vaxtlarını səmərəli və mənalı təşkil etmək, xüsusi istedada malik olan gəncləri üzə çıxarmaq;
- Gənclərdə musiqiyə, şeirə və rəqsə məhəbbət hissləri aşılamaq;
- Gənclərlə Azərbaycan bəstəkarlarının, xalq mahnılarının və milli rəqslərinin öyrədilməsi istiqamətində aparılan işləri daha da inkişaf etdirmək;
 
 
2. Müsabiqənin təşkili
 
Müsabiqənin təşkilinə ümumi rəhbərlik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
Müsabiqə Respublikadakı   kolleclərin tələbələri arasında keçirilir. 
Müsabiqəni mütəşəkkil və yüksək səviyyədə keçirmək məqsədi ilə münsiflər heyəti yaradılır. Münsiflər heyətinin tərkibinə mədəniyyət və incəsənət xadimləri də daxil edilə bilər.
 
Müsabiqə 3 mərhələdən ibarətdir:
 
I mərhələ - Kollecdaxili baxış. Bu mərhələdə iştirakçıları kolleclərdə yaradılımış münsiflər heyəti 01-12 dekabr 2011-ci il tarixinə kimi müəyyənləşdirir. Seçilmiş tələbələrin siyahısı nominasiyalar üzrə tərtib edilir və onlar haqqında məlumat
20 dekabr 2011-ci il tarixinə kimi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinə göndərilir.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəs., Xudu Məmmədov küç 37.
Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evi.
Əlaqə telefonları: (012) 379-42-34, (012) 379-17-35
 
II  mərhələ - Zona mərhələsi. Zonalar üzrə aşağıdakı şəhər və rayonlarda keçirilir.
1. Gəncə şəhəri, Qazax, Ağdaş, Ağcabədi, Ağdam, Bərdə rayonları, 14 fevral 2012-ci il saat 1200da Gəncə Musiqi Kollecində;
2. Şamaxı, Göyçay, Şəki, Zaqatala, Quba rayonları, 17 fevral 2012-ci il saat 1200da Şamaxı Mədəni - Maarif Kollecində;
3. Lənkəran, Şirvan şəhərləri, Sabirabad, Astara rayonları, 21 fevral 2012-ci il saat 1200da Lənkəran Dövlət Humanitar Kollecində;
4. Naxçıvan Muxtar Respublikası üzrə 23 fevral 2012-ci il saat 1200da Naxçıvan Musiqi Kollecində;
5. Sumqayıt şəhəri, Abşeron rayonu və Bakı şəhəri üzrə 28 fevral saat
1200da - şeir müsabiqəsi, 29 fevral saat 1200da - mahnı müsabiqəsi, martın 1-i saat 1200da – rəqs müsabiqəsi Bakı şəhərində Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evində keçiriləcəkdir.
Zonalarda hər nominasiya üzrə I yeri, Bakı şəhəri üzrə isə I və II yerləri tutan gənclər respublika mərhələsində iştirak edəcəkdir.
III mərhələ - Respublika mərhələsi. Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evində, 5 aprel 2012- ci il tarixdə saat 1200 da keçiriləcəkdir.
Qaliblər Təhsil Nazirliyinin təsdiq etdiyi münsiflər heyəti tərəfindən seçiləcəkdir.
Müsabiqə qaliblərinin yekun konserti 2012-ci ilin may ayında Bakı şəhərində keçiriləcəkdir.
 
3. Müsabiqənin şərtləri
 
- Müsabiqəyə hər nominasiya üzrə 1 ifa qəbul olunur;
- Şeir müsabiqəsi- Azərbaycan şairlərinin şeirləri. Müsabiqəyə təqdim olunan şeir 2 dəqiqədən çox olmamalıdır;
- Mahnı müsabiqəsi- Azərbaycan Bəstəkarlarının əsərləri və xalq mahnıları. Müsabiqəyə təqdim olunan mahnı 3 dəqiqədən çox olmamalıdır;
- Rəqs müsabiqəsi- Azərbaycan milli rəqsləri. Müsabiqəyə təqdim olunan rəqs nömrəsi 3 dəqiqədən çox olmamalıdır. Müsabiqəyə təqdim olunan rəqs nömrəsinin müsiqisi CD formatında təqdim edilə bilər.
 
4.Qaliblərin mükafatlandırılması
 
Müsabiqənin I mərhələsinin qalibləri kollecin direktoru tərəfindən diplomlarla təltif ediləcəkdir.
Zona mərhələsinin qalibləri Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən diplomlarla təltif ediləcəkdir.
Müsabiqənin respublika mərhələsində hər nominasiya üzrə I, II və III yerləri tutan iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.