Apellyasiya Şurasının növbəti iclası

Təhsil Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib. İclasda Quba Rayon Təhsil  Şöbəsində müdir müavini vəzifəsinə namizəd Qələmşah Dostuyevin dövlət qulluğuna qəbulla bağlı keçirilmiş müsahibə nəticəsi  ilə əlaqədar müraciətinə baxılıb.

İclasda Qələmşah Dostuyevin şikayətinin təmin olunmaması və Müsahibə Komissiyasının qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilib.