Apellyasiya Şurasının növbəti iclası keçirilib

Aprelin 25-də Təhsil Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Keyfiyyətin təminatı sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Aysel Abdullayevanın, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili müəssisələrinin idarəedilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdir müavini vəzifəsinə namizəd Eldəniz Rüstəmovun, sözügedən agentliyin Təhsil standartları və tədris resursları şöbəsinin məsləhətçisi vəzifəsinə namizəd Günay Osmanovanın, Qubadlı Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd Sevinc Şirinovanın, Zaqatala Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd Pərvin Muradovun, Şəki Şəhər Təhsil Şöbəsində məsləhətçi vəzifəsinə namizəd Pərviz Rəcəbovun və Qobustan Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Rüstəm Aslanovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb.

Müsahibə komissiyalarının üzvlərinin təqdim etdiyi məlumatlar və müsahibələrin videogörüntüləri əsasında şikayətlər araşdırılıb. İclasda Sevinc Şirinovanın və Pərviz Rəcəbovun şikayətinin təmin olunması, Müsahibə Komissiyasının qərarının ləğvi və namizədin vəzifəyə uyğunluğu, Eldəniz Rüstəmovun və Günay Osmanovanın şikayətlərinin qismən təmin edilməsi, müsahibə komissiyalarının qərarlarının ləğvi və onlarla yeni müsahibələrin keçirilməsi,  Aysel Abdullayevanın və Rüstəm Aslanovun şikayətinin təmin olunmaması, Müsahibə Komissiyasının qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, şikayətini geri götürdüyünə görə Pərvin Muradovun şikayəti üzrə inzibati icraata xitam verilməsi barədə qərarlar qəbul edilib.

Apellyasiya Şurasının Katibliyi tərəfindən Şuranın qərarlarının vətəndaşlara göndərilməsi təmin olunub.