Apellyasiya Şurasının növbəti iclası

Yanvarın 21-də Təhsil Nazirliyinin Apellyasiya Şurasının növbəti  iclası keçirilib.

İclasda Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələrin monitorinqi sektorunun məsləhətçisi vəzifəsinə namizəd Nərmin Bağırovanın, Quba Rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsinə namizəd Qələmşah Dostuyevin, Astara Rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsinə namizəd Sadiq Həmidovun, Qazax Rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsinə namizəd Əziz Məmmədovun dövlət qulluğuna qəbulla bağlı keçirilmiş müsahibənin nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb.

Müsahibə komissiyalarının üzvlərinin təqdim etdiyi məlumatlar və müsahibələrin videogörüntüləri əsasında şikayətlər araşdırılıb. İclasda Nərmin Bağırovanın şikayətinin təmin olunması, Müsahibə Komissiyasının qərarının ləğvi və namizədin vəzifəyə uyğunluğu,  Qələmşah Dostuyevin və Əziz Məmmədovun şikayətlərinin qismən təmin edilməsi, müsahibə komissiyalarının qərarlarının ləğvi və onlarla yeni müsahibələrin keçirilməsi,  Sadiq Həmidovun şikayətinin təmin olunmaması, Müsahibə Komissiyasının qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarlar qəbul edilib.

Apellyasiya Şurasının Katibliyi tərəfindən Şuranın qərarlarının vətəndaşlara göndərilməsi təmin olunub.