Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinə

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 4 sentyabr 2007-ci il tarixli 2373 nömrəli Sərəncamını rəhbər tutaraq 2013-2014-cü dərs ilinin nəticələri ilə əlaqədar “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsinə başlanmışdır.
Müsabiqələrdə iştirak etmək üçün sənədlərin qəbulu rayon (şəhər) təhsil şöbələrində 27 oktyabr-10 noyabr 2014-cü il tarixlərdə aparılacaqdır. Təşkilat Komitəsinə noyabrın 20-dək müsabiqədə iştirak etmək istəyənlərin aşağıdakı sənədləri təqdim olunmalıdır:
 
 “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi üzrə:
 
1. Müsabiqədə iştirakla bağlı məktəb direktoru və məktəb həmkarlar təşkilatı sədrinin təhsil şöbəsində (idarəsində) qeydiyyata alınmış birgə ərizəsi (forma əlavə edilir) əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin və TİAHİ rayon təşkilatı sədrinin həmin məktəbin müsabiqədə iştirakının irəli sürülməsi haqqında Təşkilat Komitəsinə birgə təqdimatı (forma əlavə olunur).
2. Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş şərtlərə məktəbin fəaliyyətinin uyğunluğu haqqında məlumat (müvafiq forma üzrə şərtlər əlavə olunur).
3. Şərtlərlə əlaqədar məktəbin göstəricilərini təsdiq edən sənədlərin kserosurətləri (məktəbin direktoru tərəfindən təsdiq edilir).
4. Məktəbin fəaliyyəti haqqında R(Ş)TŞ(İ) müdirinin qısa arayışı.
(2-4-cü bəndlərdə göstərilən tələblərə riayət edilməklə məktəb direktoru və məktəb həmkarlar təşkilatının sədri müsabiqədə iştirak üçün Təşkilat Komitəsinə birbaşa da müraciət edə bilər).
 
“Ən yaxşı müəllim” müsabiqəsi üzrə:
 
1. Müsabiqədə iştirakla bağlı müəllimin təhsil şöbəsində (idarəsində) qeydiyyata alınmış ərizəsi (forma əlavə edilir) əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin həmin müəllimin müsabiqədə iştirakının irəli sürülməsi haqqında Təşkilat Komitəsinə məktubu (forma əlavə olunur).
2. Müsabiqədə iştirakla bağlı müəyyən edilmiş şərtlərə müəllimin fəaliyyətinin uyğunluğu haqqında məlumat (müvafiq forma üzrə şərtlər əlavə olunur).
3. Şərtlərlə əlaqədar müəllimin göstəricilərini təsdiq edən sənədlərin kserosurətləri (R(Ş)TŞ(İ) tərəfindən təsdiq edilir).
4. R(Ş)TŞ(İ)-nin məktubuna müəllimin fəaliyyətini hərtərəfli xarakterizə edən arayış əlavə olunur.
 
 
Ceyhun BAYRAMOV, 
təhsil nazirinin müavini
27 oktyabr 2014-cü il.
№ 46-14-7091/16