Cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinin 2014-2015-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
        
1.  Azərbaycan Respublikasının cəzaçəkmə müəssisələrindəki tədris Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəbləri üçün 2014-2015-ci dərs ilinə aid tədris planları təsdiq edilsin (əlavə olunur).
2. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (R.Orucov), Tədris resursları şöbəsi (F.Şahbazlı) nümunəvi tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.                                                             
 
Mikayıl Cabbarov,
Azərbaycan Respublikasının təhsil naziri 
22 iyul 2014-cü il  
№ 824
 

 
Əlavə: