“Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq
 
QƏRARA ALIR:
 
“Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında” 2011-ci il oktyabrın 7-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham Əliyev
Az
ərbaycan Respublikasının Prezidenti
Bakı ş
əhəri, 27 iyun 2014-cü il.