"Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitetlərarası əməkdaşlıq sahəsində" Niyyət Məktubunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq  
 
QƏRARA ALIRAM: 
 
1. "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitetlərarası əməkdaşlıq sahəsində" 2014-cü il mayın 12-də Bakı şəhərində imzalanmış Niyyət Məktubu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Niyyət Məktubunun müddəalarının həyata keçirilməsini təmin etsin. 
 
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2014-cü il