2014-cü il üçün Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahələrində Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq  
 
QƏRARA ALIRAM: 
 
2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət mükafatları aşağıdakı şəxslərə verilsin: 
 
Elm sahəsi üzrə
Tofiq Murtuza oğlu Nağıyev - "Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları" (ingilis dilində, Amsterdam) monoqrafiyasına görə 
 
 Mədəniyyət sahəsi üzrə
Oqtay Seyid Hüseyn oğlu Sadıxzadə - Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə
Ramiz Eyyub oğlu Quliyev - konsert-ifaçılıq fəaliyyətinə görə 
 
Ədəbiyyat sahəsi üzrə
 
Elmira Hüseyn qızı Axundova - "Heydər Əliyev. Şəxsiyyət və zaman" altı cildlik sənədli-bioqrafik kitabına görə. 
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 may 2014-cü il