Məktəblilərin fənn olimpiadalarının yekun turunun keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Təhsil Nazirliyinin 07.11.2002-ci il tarixli, 1041 nömrəli əmri ilə təsdiq edilmiş «Məktəblilərin fənn olimpiadaları haqqında Qaydalar»ı rəhbər tutaraq, məktəblilərin fənn olimpiadalarının yekun turunun keçirilməsi məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Məktəblilərin fənn olimpiadalarının yekun turu 16-17 mart 2014-cü il tarixdə Bakı şəhərində keçirilsin.
2. Olimpiadaların yekun turunun iştirakçıları 16 mart 2014-cü il tarixdə qəbul edilib aşağıdakı müəssisələrdə yerləşdirilsinlər:
- Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə Nazirlik tabeliyindəki S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında – F.Yusifov küçəsi, 39, tel: 567-22-17
- riyaziyyat, fizika və informatika fənləri üzrə Nazirlik tabeliyindəki fizika-riyaziyyat və informatika təmayüllü liseydə - S.Dadaşov küçəsi, 555-ci məhəllə, tel: 510-76-28
- kimya və biologiya fənləri üzrə Nazirlik nəzdindəki kimya-biologiya təmayüllü liseydə - 8-ci Kilometr qəsəbəsi, Ş.Mirzəyev küçəsi, 53, tel: 323-78-42
3. Olimpiadaların yekun turu Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən iştirakçıların yerləşdiyi müəssisələrdə,   informatika  fənnindən  isə  BDU-da  17 mart  2014-cü  il  tarixdə
keçirilsin.
4. İqtisadiyyat şöbəsi (Rauf Orucov) fənn olimpiadalarının xərclər smetasını hazırlayıb 3 gün müddətinə təsdiqə təqdim etsin.
5. İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Əsas: Məktəbəqədər və ümumi təhsil şöbəsi müdirinin 27.02.2014-cü il tarixli xidməti məlumatı.
                     
 
Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
5 mart 2014-cü il 
№275