Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün respublikanın təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1.    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün təhsil müəssisələrində qeyd olunması ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət planı təsdiq edilsin (əlavə olunur).
2.    Nazirliyin müvafiq struktur bölmələri, yerli təhsil orqanları, ümumi təhsil, ilk peşə, orta-ixtisas və ali təhsil müəssisələrinin rəhbərləri Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin vaxtında və tələb olunan səviyyədə yerinə yetirilməsini təmin etsinlər.
3. Bu əmrdə qeyd olunan tədbirlərin müəyyən edilən müddətlərdə Naxçıvan MR Təhsil Nazirliyi və muxtar respublikanın aidiyyəti təhsil müəssisələri tərəfindən müstəqil yerinə yetirilib yekunlaşdırılması məqsədəuyğun hesab edilsin.
4. İnformasiya şöbəsi (Elnur Əliyev) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, çoxaldılıb yerlərə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
 
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
26 fevral 2014-cü il
№229

 
 
Əlavə: