Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarının icrasını təmin etmək məqsədilə 
 
ƏMR EDİRƏM:
 
1. Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarını nəzərə alsınlar və işdə rəhbər tutsunlar (əlavə olunur).
2. Kredit sisteminin tətbiqi ilə bağlı tədris sənədlərinin (tədris planı, tədris qrafiki, ixtisas üzrə illik işçi tədris planı, tələbənin fərdi iş planı, müəllimin illik işçi tədris planı, dərs cədvəli, akademik transkript, tələbənin ərizə forması, tədris razılığı, akademik arayış, akademik təqvim, məlumat paketinin strukturu) nümunələri təsdiq edilsin (əlavə olunur).
3. İlk peşə və orta ixtisas təhsili şöbəsinin rəhbərliyi (K.Mikayılov), orta ixtisas təhsili müəssisələrinin direktorları 2014/2015-ci tədris ilindən tədris prosesinin kredit sisteminə keçirilməsini təmin etsinlər.
4. Əmrin və "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın orta ixtisas təhsili müəssisələrinə göndərilməsi və "Azərbaycan müəllimi" qəzetində dərc edilməsi nazirliyin İnformasiya şöbəsinə həvalə olunsun.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılsın. 
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
31 yanvar 2014-cü il