"İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərararı

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.22-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. "İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası peşə məktəbi və peşə litseyinin nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında" 1994-cü il 3 avqust tarixli 291 nömrəli qərarı və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 1999-cu il 21 yanvar tarixli 7 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddə 48) 4-cü hissəsi ləğv edilsin.
 
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 29 dekabr 2013-cü il
№ 359

 
Əlavə: