"Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyətinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 
 
QƏRARA ALIRAM:
 
1. "Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyətinin aşağıdakı yeni tərkibi təsdiq edilsin:
 
Redaksiya heyətinin sədri
Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri
 
Redaksiya heyəti sədrinin müavini
Akif Əli Zadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
 
Məsul katib
Qərib Məmmədov  - AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və  Xəritəçəkmə Komitəsinin sədri
 
Redaksiya heyətinin üzvləri:
Elmar Məmmədyarov - xarici işlər naziri
Şahin Mustafayev - iqtisadiyyat və sənaye naziri
Natiq Əliyev - energetika naziri
Ziya Məmmədov - nəqliyyat naziri
Heydər Əsədov - kənd təsərrüfatı naziri
Hüseynqulu Bağırov - ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev - mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov - təhsil naziri
Oqtay Şirəliyev - səhiyyə naziri
Əli Abbasov - rabitə və informasiya texnologiyaları naziri
Azad Rəhimov - gənclər və idman naziri
Arif Vəliyev - Dövlət Statistika Komitəsinin sədri
Xoşbəxt Yusifzadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Kamal Abdullayev - AMEA-nın müxbir üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, Bakı Slavyan Universitetinin rektoru
Əhliman Əmiraslanov - AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin rektoru
Abel Məhərrəmov - AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru
Ziyad Səmədzadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Yaqub Mahmudov - AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri
Məhərrəm Babayev  - AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru
 
 2. "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 1436 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 318) 2-ci hissəsi ləğv edilsin.
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2013-cü il