Uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, inkişaf etdirilməsi və uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin təşkili məqsədi ilə, “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. Uşaq və gənclərin əl işlərinin respublika  müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR təhsil naziri, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin)
müdirləri, Nazirliyin birbaşa tabeliyində olan məktəbdənkənar təhsil müəssisələri müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov)          müsabiqənin yerlərdə təşkili və keçirilməsi işlərini əlaqələndirsin.
5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi   T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2013-cü ilə təsdiq olunmuş      xərclər smetasının müvafiq xərc maddələrində nəzərdə tutulmuş vəsait hesabına       müəyyən edilmiş qaydada həyata keçirilsin.  
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi”
qəzetində dərc olunmasını və əmrin əlavələrlə birlikdə Nazirliyin internet        səhifəsində yerləşdirilməsini təmin etsin.
8. Ümumi şöbə (E.Əliyev) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini  
təmin etsin.
9.Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.
Əsas: Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin 2013-cü il üçün illik fəaliyyət planı.
 
 Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının
təhsil naziri
3 sentyabr 2013-cü il 
№797

 
Əlavə: