Naxçıvan MR təhsil nazirinə, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirlərinə, ilk peşə- ixtisas təhsili, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə

Bildiririk ki, hər ilin 21 sentyabr tarixi dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 4.10-cu bəndində “Əhalinin hüquq və düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədlilə maarifləndirmə tədbirlərinin keçirilməsi təsbit olunmuşdur.
“Beynəlxalq Sülh Günü” ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq 21 avqust – 21 sentyabr tarixləri respublikamızda “Sülh aylığı” keçirilir. 
Bununla əlaqədar nazirlik “Sülh aylığı” çərçivəsində rəhbərlik etdiyiniz təhsil müəssisələrində sülh və insan hüquqlarını təbliğ edən mövzularda tədbirlərin keçirilməsini tövsiyə edir. Keçirilən tədbirlər barədə məlumatları 23 sentyabr 2013-cü il tarixinədək m.salmanova@edu.gov.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
 
Ceyhun BAYRAMOV
Təhsil nazirinin müavini
3 sentyabr 2013-cü il
№ 46-20-5148/16