"Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın, "Rezidenturada həkim- mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 6, maddə 568; 2012, № 4, maddə 388, № 5, maddə 492; 2013, № 3, maddə 331) ilə təsdiq edilmiş "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nda aşağıdakı dəyişikliklər edilsin:
1. "5. Təbiət ixtisasları qrupu" hissəsinin "060503 Fizika" ixtisasına "- Nanoelektronika" sözündən sonra "- Yüksək enerjilər fizikası" sözləri əlavə edilsin;
2. "7. Kənd təsərrüfatı ixtisasları qrupu" hissəsinin "060701 Torpaqşünaslıq və aqrokimya" ixtisasına "- Torpağın ekoloji monitorinqi və qorunması" sözlərindən sonra "- Torpaqşünaslıq" sözü əlavə edilsin.
 
 Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 2 avqust 2013-cü il
№ 203