A.Ş.Süleymanovun Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
 
QƏRARA ALIRAM:
 
Akif Şamil oğlu Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 mart 2013-cü il.