"Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011,  № 6, maddə 568; 2012, № 4, maddə 388, № 5, maddə 492) ilə təsdiq edilmiş "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın   "
2. Humanitar və sosial ixtisaslar qrupu" hissəsinin "060212 Hüquqşünaslıq" ixtisasına "- Dəniz və enerji hüququ" sözlərindən sonra "- Transmilli cinayət hüququ" sözləri, "060215 Kitabxanaçılıq və informasiya" ixtisasında "- Kitabxana fondlarının formalaşması və istifadəsi" sözlərindən sonra "060216 Dövlət və ictimai münasibətlər" ixtisası və "- İctimai siyasət" sözləri əlavə edilsin.
 
 Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 1 mart 2013-cü il
№ 36