"Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 29, № 4, maddə 287; 2011, № 3, maddə 230, № 11, maddə 1069; 2012, № 4, maddə 387, № 8, maddə 823; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarı) ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın "
 2. Humanitar və sosial ixtisaslar qrupu" bölməsinə "36. 050215 Kitabxanaçılıq və informasiya" sözlərindən sonra "36-1. 050216 Dövlət və ictimai münasibətlər" hissəsi əlavə edilsin.
 
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 1 mart 2013-cü il
№ 35