Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli 542 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Nizamnaməsi”nin 5.5 – 5.7-ci bəndlərinə uyğun olaraq
 
QƏRARA ALIRAM:
 
Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü təyin edilsinlər:
dövlət orqanlarından:
Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini
Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Novruzov Qulu Novruz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Səmədov Nazim Adil oğlu - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Məmmədov Cavid Nəriman oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini
gənclər təşkilatlarından:
İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri
Mehdiyev Nurəddin Səftər oğlu - “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri
Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri
Seyidzadə Şahin Kamil oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri
 
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2013-cü il.