Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illiyi tamam olur. Bu nüfuzlu ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi dövr ərzində zəngin inkişaf yolu keçmişdir və hazırda geniş ixtisas şəbəkəsinə malikdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mədəniyyət və incəsənət sahəsində yüksək ixtisaslı kadr hazırlığında və milli mədəniyyətin inkişafında mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə
 
QƏRARA ALIRAM:
 
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2013-cü il.