Xocalı soyqırımının iyirmi birinci ildönümünün keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xocalı soyqırımının iyirmi birinci ildönümünün təhsil müəssisələrində qeyd olunması məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Xocalı soyqırımının iyirmi birinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və Nazirliyin birbaşa tabeliyində olan digər təhsil müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.
3. İctimaiyyətlə əlaqə şöbəsi (B. Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və tədbirlər planı ilə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Ümumi şöbə (X. Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 4   fevral 2013-cü il tarixli 8 nömrəli Sərəncamı.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
18 fevral 2013-cü il
№ 276

 
Əlavə: