M.M.Sadıqovun Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq  
 
QƏRARA ALIRAM: 
 
 Mirdaməd Mirsadıq oğlu Sadıqov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilsin. 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2013-cü il