Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların II respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük və əvəzsiz xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin musiqi sahəsindəki istedadlarını üzə çıxarmaq və  inkişaf etdirmək məqsədilə

ƏMR EDİRƏM
 
1. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların II respublika müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin və münsiflər heyətinin tərkibləri təsdiq olunsun (əlavə 1, 2).
3. Zona və Respublika mərhələsində qaliblərin seçilməsi Bülbül adına Orta İxtisas Musiqi Məktəbi tərəfindən həyata keçirilsin.
4. Naxçıvan MR Təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri, orta ixtisas təhsili müəssisələrinin rəhbərləri müsabiqənin yerli və zona mərhələsinin əsasnaməyə uyğun olaraq yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsinlər.
5. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin təşkili və yüksək səviyyədə keçirilməsi ilə bağlı lazımi təşkilati işləri həyata keçirsin.
6. Müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 2013-cü ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc maddələrində nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada həyata keçirilsin.
7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin Respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 2013-cü ilə təsdiq olunmuş xərclər smetasında müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin.
8. Müsabiqənin zona və Respublika mərhələlərinin seçim turlarında və qaliblərin yekun konsertində iştirak edəcək iştirakçılar və onları müşayiət edəcək şəxslərin ezamiyyə xərcləri əsas iş yerləri hesabına ödənilsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və əsasnamə ilə birlikdə nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
10. Ümumi şöbə (X.Fərəcov) əmr və əsasnamənin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
11. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.
Əsas: Təhsil Nazirliyinin 04 fevral 2013-cü il tarixli, 177 nömrəli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında” əmri, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 2 noyabr 2012-ci il tarixli, 201 nömrəli məktubu və müvafiq dərkənarla nazir müavini Q.Novruzovun 19 noyabr 2012-ci il tarixli, 2154 nömrəli təqdimatı.

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
12 fevral 2013-cü il
№ 224

 
Əlavələr: