Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Prezidentinin 29 mart 2012-ci il tarixli, 2112 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında 2012-ci il “İdman ili” elan edilmişdir.
“Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın 3-cü bəndinin icrası məqsədilə Nazirliyin 2076 nömrəli, 19 noyabr 2012-ci il tarixli əmri ilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri, məşqçi-müəllimlər və idmançılar arasında 12 nominasiya üzrə respublika müsabiqəsi keçirilmişdir.
 Müsabiqənin yekunu ilə bağlı münsiflər heyətinin qərarını əsas götürərək
 
ƏMR EDİRƏM:
 
Aşağıdakı məktəblər, idmançılar və məşqçi-müəllimlər respublika müsabiqəsinin qalibləri elan edilsin:
 
“İlin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi” nominasiyası üzrə
I yer – “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi;
II yer – “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi;
III yer – Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi.
 
“İlin ən yaxşı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər şahmat məktəbi” nominasiyası üzrə
I yer – Bakı Şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-
Gənclər Şahmat-Dama İdman Məktəbi;
II yer – “Təhsil” Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi.
 
“Şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi” nominasiyası üzrə
I yer – Abşeron Uşaq-Gənclər İdman Məktəbi;
II yer – Sumqayıt Şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Məktəbi;
III yer – Gəncə Şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbi.
 
“Şəhərlər üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi” nominasiyası üzrə
I yer – Sumqayıt Şəhər 3 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbi; 
II yer – Bakı Şəhər 2 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbi;
III yer – Gəncə Şəhər Uşaq-Gənclər Şahmat Məktəbi.
 
“Kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər idman məktəbi” nominasiyası üzrə
I yer – Quba Rayon Uşaq-Gənclər İdman Məktəbi;
II yer – Şəki Rayon Uşaq-Gənclər İdman Məktəbi;
III yer – Masallı Rayon Uşaq-Gənclər İdman Məktəbi.
 
“Kənd rayonları üzrə ilin ən yaxşı uşaq-gənclər şahmat məktəbi” nominasiyası üzrə
I yer – Quba Rayon Uşaq-Gənclər Şahmat Məktəbi;
II yer – Ucar Rayon Uşaq-Gənclər Şahmat Məktəbi;
III yer – Lənkəran Rayon Uşaq-Gənclər Şahmat Məktəbi.
 
“İlin ən yaxşı oğlan idmançısı” nominasiyası üzrə
Surxayev Ruslan Adil oğlu – Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin     idmançısı.
 
“İlin ən yaxşı qız idmançısı” nominasiyası üzrə
Quliyeva Pərizad Elçin qızı - Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya     
Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin idmançısı.
 
“İlin ən yaxşı oğlan şahmatçısı” nominasiyası üzrə
Qədimbəyli Abdulla Azər oğlu - Bakı Şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin şahmatçısı;
Pirverdiyev Aqil Kamran oğlu - Respublika İxtisaslaşdırılmış Olimpiya      Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin şahmatçısı.
 
“İlin ən yaxşı qız şahmatçısı” nominasiyası üzrə
Məmmədzadə Günay Vüqar qızı - Bakı Şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin şahmatçısı;
 
“İdman məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi” nominasiyası üzrə
Bədəlov Qırxlar Şamil oğlu - Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin   məşqçi-müəllimi.
 
“Şahmat məktəbləri üzrə ilin ən yaxşı məşqçi-müəllimi” nominasiyası üzrə
İbrahimov Rəsul Məmmədiyyə oğlu – Bakı Şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin məşqçi-müəllimi.
 
Yuxarıda adları göstərilən məktəblər, idmançılar və məşqçi-müəllimlər Təhsil Nazirliyinin diplomu ilə təltif olunsunlar və hədiyyə ilə mükafatlandırılsınlar.
“İdman ili”ndə əldə etdikləri uğurlara və yüksək nailiyyətlərə görə adları göstərilən məktəblər, məşqçi-müəllimlər və idmançılar Təhsil Nazirliyinin diplomu ilə təltif olunsunlar.                      
– Zərdab Rayon Uşaq-Gənclər Şahmat Məktəbi  
– Samux Rayon Uşaq-Gənclər Şahmat Məktəbi 
– Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbi 
– Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi
– Mingəçevir Şəhər Uşaq-Gənclər Şahmat Məktəbi
– Hacıqabul Rayon Uşaq-Gənclər Şahmat Məktəbi
– Şahbuz Rayon Uşaq-Gənclər İdman Məktəbi
– Bakı Şəhər 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
– Bakı Şəhər 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
 – Bakı Şəhər 15 nömrəli Uşaq-Gənclər İdman Məktəbi  
– Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbi                     
– Şirvan Şəhər Uşaq-Gənclər İdman Məktəbi  
– Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi
– “Təhsil” Respublika İdman Mərkəzi Şirvan Şəhər Uşaq-Gənclər İdman  Məktəbi  
Xaçmaz Rayon Uşaq-Gənclər İdman Məktəbi
Əmrayeva Aytən Arzuman qızı – Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin şahmatçısı
Bayramov Elvin Şamil oğlu -Quba rayon Uşaq-Gənclər Şahmat Məktəbinin şahmatçısı
Şahəliyev İsmayıl Bəhrəm oğlu- Bakı şəhər 2N-li Uşaq-Gənclər Şahmat Məktəbinin şahmatçısı
Bayramov Elxan Xəyyat oğlu- Bakı şəhər 1 N-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin şahmatçısı
İsmayıl Mələk Rövşən qızı - Sumqayıt şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin şahmatçısı
Heydərova Gülçin Emil qızı - Masallı rayon Uşaq-Gənclər Şahmat Məktəbinin şahmatçısı
Heydərova Aytac Zakir qızı - Bakı şəhər 2 N-li Uşaq-Gənclər Şahmat Məktəbinin şahmatçısı
Abbasov Elnur Arzu oğlu - “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının idmançısı
Həsənzadə Cahid Mirhəsən oğlu - Abşeron Rayon Uşaq-Gənclər İdman Məktəbinin idmançısı
Rəhmanov Mikayıl Füzuli oğlu - Bakı Şəhər 16 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin idmançısı
Heydərov Hidayət Minayət oğlu - 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançısı
Umbayev Nəsimi Mübariz oğlu - Bakı Şəhər 9 saylı Uşaq-Gənclər İdman Məktəbinin idmançısı
Səfizadə Elnur Elxan oğlu - Neftçala Rayon Uşaq-Gənclər İdman Məktəbinin idmançısı
Süleymanov Sənan Əmrah oğlu - “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançısı
Mirzəyev Şahin Sərxoş oğlu - Cəlilabad Rayon Uşaq-Gənclər İdman Məktəbinin idmançısı
Hüseynov Azər Təhməz oğlu - “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi
Nəzərov Vahid Əliş oğlu - Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi
Əliyev İlham Nuru oğlu - Sumqayıt Şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin məşqçi-müəllimi
Kazımova Nigar Yusif qızı - Bakı Şəhər 2 nömrəli Uşaq-Gənclər Şahmat Məktəbinin məşqçi-müəllimi
Əliyev Akif Qulam oğlu - Bakı Şəhər 16 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi
Vəliyev Faiq Nərman oğlu - Neftçala Rayon Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi
4. Müsabiqə qaliblərinin mükafatlandırılması və diplomların hazırlanması ilə bağlı xərclərin ödənilməsi “Təhsil” Respublika İdman Mərkəzinin 2012-ci ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc yarımmadələrində nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin. 
Əsas: Azərbaycan Respublikası Təhsil nazirinin 19 noyabr 2012-ci il tarixli 2076 nömrəli əmri, respublika müsabiqəsinin münsiflər heyətinin qərarı.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
26 dekabr 2012-ci il
№ 2363